• cümə axşamı, 25 aprel, 14:41
  • Baku Bakı 23°C

Xətai Sənət Mərkəzində ustad dərslərinə başlanılıb

25.08.18 19:14 946
Xətai Sənət Mərkəzində ustad dərslərinə başlanılıb
"ASAN Könüllüləri” Təşkilatı "Mədəniyyət carçısı” proqramı çərçivəsində Xətai Sənət Mərkəzi ilə birlikdə rəssamlıq üzrə ustad dərslərinə start verib.
Xətai Sənət MərkəzindənAZƏRTAC-a bildirilib ki, ustad dərslərinin təşkilində məqsəd təsviri incəsənətə marağı olan və müvafiq sahədə ilkin qabiliyyəti olan istedadlı könüllülərin marağını artırmaq, təsviri sənətə hobbi kimi yanaşan könüllülərin qabiliyyətini daha da stimullaşdırmaqdır.
Ustad dərsləri "ASAN Könüllüləri” Təşkilatının bir qrup üzvünə Xətai Sənət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının peşəkar müəllimləri Şərifov Əbdül və Əvəzova Röya tərəfindən iki ay müddətində davam edəcək.
Qeyd edək ki, ustad dərsləri proqramının sonunda Xətai Sənət Mərkəzində "Könüllü rəssamların” tədris boyu ərsəyə gətirdikləri əsərlərdən ibarət "Rəssamlıq hobbimdir” adlı sərgi nəzərdə tutulub. Eyni zamanda, həm ustad müəllimlər, həm "Könüllü rəssamlar” təşkilat komitəsinin xüsusi diplomlari ilə təltif olunacaq.

banner

Oxşar Xəbərlər