• çərşənbə axşamı, 19 mart, 11:30
  • Baku Bakı 8°C

Xətai rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib

23.10.19 20:22 534
Xətai rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
Oktyabrın 23-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xətai rayon idarəsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən SHXÇDX-nin Xətai rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant İsmayıl Abbasov gəncləri Vətən qarşısında müqəddəs vəzifələrini uğurla başa çatdırmaları münasibətilə təbrik edib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu prosesinin bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən söz açıb.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov ehtiyata buraxılmış gənclərin bundan sonra da müxtəlif sahələrdə ölkəmizin inkişafı naminə fəaliyyət göstərəcəklərinə inandığını bildirib.
Silahlı Qüvvələrdən ehtiyata buraxılmış Rüfət Səmədov ordu sıralarında xidmətin hər bir vətəndaş üçün şərəf olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb.
Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.


banner

Oxşar Xəbərlər