• cümə, 19 Aprel, 10:02
  • Baku Bakı 13°C

“Xətai” klinikası ilə bağlı - Təkzib

19.12.14 11:46 1345
“Xətai” klinikası ilə bağlı - Təkzib
Dünən AzVision.az saytında Bakı şəhərinin klinikalarında insanın cinsini dəyişmək əməliyyatları ilə bağlı araşdırma yazı dərc olunub.
Yazıda bir anlaşılmazlıq olub. Belə ki, saytın əməkdaşı Hafiz Əhmədov araşdırma aparmaq məqsədlə 3 klinikaya gedərək, özünü pasiyent kimi təqdim edib və şərtlərlə maraqlanıb.
Onlardan biri – "Xətai” klinikasının türkiyəli mütəxəssisi Sami həkim bu əməliyyatın şərtlərindən danışıb və bildirib ki, burada şərait yoxdur, amma Türkiyədə onu etmək olar. Yəni söhbət əməliyyatı "Xətai” klininikasında yox, Türkiyədə həyata keçirməkdən gedib.
Azvision.Az saytı anlaşılmazlığa görə "Xətai” klinikasından üzr istəyir.
banner

Oxşar Xəbərlər