• cümə axşamı, 18 aprel, 05:48
  • Baku Bakı 15°C

Xəstəxanaya yerləşdirildi, mədəsində qanaxma var

05.01.19 11:30 643
Xəstəxanaya yerləşdirildi, mədəsində qanaxma var
Meksika "Dorados”unun baş məşqçisi Dieqo Maradona xəstəxanaya yerləşdirilib.
Kaspi.az xəbər verir ki, Maradona Buenos-Ayresdə tibbi baxışdan keçərkən, həkimlər onun mədəsində qanaxma aşkar ediblər. Dieqo xəstəxanaya yerləşdirilib və əməliyyat olunacaq.
Dekabrın son günlərində Maradona "Dorados”un düşərgəsində görünməmişdi. Onun klubdan ayrılacağı ilə bağlı söz-söhbət yayılmışdı.
Ancaq Dieqonun agenti açıqlama verərək, onun klubda qalacağını bildirdi.
banner

Oxşar Xəbərlər