• cümə, 19 Aprel, 03:34
  • Baku Bakı 18°C

Xəstələnən adamın həmişə yatmaq istəməsinin səbəbi açıqlanıb

21.01.17 20:30 713
Xəstələnən adamın həmişə yatmaq istəməsinin səbəbi açıqlanıb
İnsan xəstələnəndə onun iştahası küsür, hərəkət etmək istəyi azalır və o, yalnız yatmaq istəyir. Yeni tədqiqat xəstə adamın davranışına aydınlıq gətirib. Məlum olub ki, yüksək yuxululuq bədənin bütün enerjisini infeksiya ilə mübarizəyə yönəltməsi ilə bağlı olan haldır.
AZƏRTAC"The Daily Mail” qəzetinə istinadla xəbər verir ki, məsələ xəstənin sinir sistemindəki hüceyrələrdə gedən kimyəvi proseslərdədir. Çox güman, adətən sinir sistemində gümrahlıq hissini qoruyan fəallığı yatıran birləşmələr var. Pensilvaniya Universitetinin əməkdaşları orqanizmin xəstəliyə reaksiyasını bir elementin necə dəyişdirdiyini başa düşmək üçün yumru qurdların sinir sistemini öyrəniblər.
Xəstəlik dövründə hüceyrələr stress vəziyyətində olur. Orqanizm stress vəziyyətindən səmərəli çıxmaq üçün yuxu rejimini işə salır. Məsələn, qurdlarda yalnız bir element - neyronlar arasında siqnalları ötürən alfa-lipoy turşusu (ALA) kimyəvi maddələrin əmələ gəlməsinə kömək edir. ALA bədəndə enerjinin hasil olunmasına kömək edir və güclü antioksidant kimi işləyir. Əmələ gələn əsas birləşmə FLP-13-dür. Bu birləşmə sinir sistemi hüceyrələrinin fəallığını yatıraraq yuxu gətirir.
Hazırda tədqiqatçılar insan orqanizmində eynilə bu cür mexanizmin işləyib-işləmədiyini aydınlaşdırmağa hazırlaşırlar.
banner

Oxşar Xəbərlər