• cümə, 19 Aprel, 09:27
  • Baku Bakı 13°C

Xəstə və anomal cəmiyyət

08.01.21 15:30 916
Xəstə və anomal cəmiyyət
Ermənilər indi də ölkələrini faşist Almaniyası, Paşinyanı isə Hitlerlə müqayisə edirlər
Bədnam qonşularımızın işğalçı siyasətinə son qoyan 44 günlük müharibə başa çatsa da, erməni cəmiyyəti hələ də prosesləri düzgün qiymətləndirə bilmir. Erməni mediasına nəzər saldıqda ən sərsəm, ağlasığmaz, heç bir çərçivəyə sığmayan fikirlərə rast gəlmək mümkündür. Onlardan bir neçəsinə nəzər saldıqda, həqiqətən də bütöv bir xalqın xəstə durumda olduğunu görmək mümkün olur. 44 günlük biabırçı məğlubiyyətdən dərs çıxarmaq əvəzinə, revanşist bəyanatlar səsləndirilir, bugünkü Ermənistan faşist Almaniyası ilə eyniləşdirilir. Beləliklə, erməni mediasında biabırçı məğlubiyyətin səbəbləri sırasında bir neçə məqama diqqət yetirək. Məğlubiyyətin, sözsüz ki, əsas səbəbkarı hazırkı hakimiyyət, daha dəqiq desək Nikol Paşinyan göstərilir. Və bir yerdə də olsun əsas səbəbin erməni xalqı, onun xəstə təfəkkürü, işğalçı siyasətinin nəticəsi olduğu əks olunmur. Onlardan bəzilərinə diqqət yetirdikdə məğlubiyyətdən dərs çıxarmadıqları bəlli olur.
Məsələn, "Erkramas” erməni saytı ki, 2020-ci ilin erməni xalqı üçün faciəsi tək ərazilərin itirilməsi, ən azı 5 min insanın ölməsi, 10 minin yaralanması deyil, ötən il biz dövlətçiliyi itirdik. Məqalədə maraq doğuran məqam indiki Ermənistanla faşist Almaniyası arasında analogiya aparılmasıdır. Müəllif yazır ki, alman xalqı da müharibədən məğlub çıxsa da, özündə güc tapıb qüvvətlənə bildi. Daha sonra sovet hakimiyyəti faşistlərlə, Nikol da Hitlerlə eyniləşdirib. İki il bundan əvvəl xilaskar kimi gördükləri lideri faşist liderə bənzədiblər. Məqalə müəllifinin qənaətincə, müharibədən sonrakı Almaniyanın inkişafının lokomotivi denafikasiya prosesi olub. Yəni müharibədən sonra almanlar öz səhvlərini etiraf edib, Hitlerə aid bütün simvolları kənara atdılar. Bu gün də Almaniyada Hitler, onun tərəfdarları, fəlsəfəsi barədə danışmaq qadağandır. Məhz onun sayəsində almanların tarixi torpaqları Sileziya və Köniqsberqi birdəfəlik itirdikləri vurğulanır. Və ardınca müəllif yazır ki, erməni xalqı bu gün həmin vəziyyətdədir. Burada bənzərlik və fərqlər olduğu qeyd edilir: "Nikolu Hiltlerə bənzədərək, onun özündə cəsarət tapıb intihar etməyə qürur və cəsarəti çatmadığı vurğulanır. Formal cəhətdən məğlubiyyətdən sonra baş nazir hakimiyyətdə qalmaqda davam edir. Hətta Ermənistanın gələcəyi barədə belə danışmağa cürət edir. Aydındır ki, bu il onlar bir daha Ermənistanın siyasi arenasında olmayacaqlar. Lakin baş verənlərdə tək Nikol günahkardırmı? Əgər onu rədd ediriksə, Nikolizmi saxlayırıqsa, o zaman bizim erməni intibahı olmayacaq. Biz qəlbimizdə "nikolizmi” və onun əlamətlərini rədd etməliyik”.
Bəs görəsən 2021-ci il Ermənistana nə vəd edir? İqtisadi mənada götürdükdə, əgər 2019-cu ildə Ermənistan 7.6% iqtisadi böyümə qeydə ala bilmişdisə, 2020-ci il iqtisadi cəhətdən uğurlu olmadı, ötən ili 7% enişlə başa vurdu. 2019-cu ildən gələn iqtisadi artım tendensiyasının ötən il mənfi hala gəlməsinin səbəbi nədir? Birincisi, koronavirus pandemiyası iqtisadiyyata ağır zərbə vurdu. Ermənistan rəsmiləri epidemiyaya qarşı mübarizədə hər an uğur qazandıqları barədə PR və imitasiya ilə gecə-gündüz məşğul idilər, əslində epidemiyaya qarşı mübarizədə təsirli metodlar tətbiq edə bilmədilər. Buna görə, iqtisadi sahəyə rəhbərlik edənlər, iqtisadiyyatı yeni reallıqlara uyğunlaşdıra, istehsalın stimullaşdırılması üçün mümkün qədər stimullaşdırıcı tədbirlər görməyə nail ola bilmədilər. Səhiyyə sistemi böyük iqtisadi mənbələri əldən almağa başladı və Paşinyanın elan etdiyi "iqtisadi inqilab” şüarı havada qaldı. Qarabağdakı müharibənin məğlubiyyəti nəticəsində iqtisadi vəziyyət daha da mürəkkəbləşdi. İndi Ermənistan işsizliyin və mühacirət nisbətinin kəskin artması ilə təhdid olunan çox dərin iqtisadi böhran mərhələsinə qədəm qoyur. Beləliklə, 2021-ci ildə iqtisadi böhrandan çıxmaq üçün çox səy və peşəkar yanaşma tələb olunacaq.
Ermənistan üçün sözsüz ki, ötən ilin ən böyük hadisəsi 27 sentyabrda başlayan müharibə oldu. Döyüş günlərində Ermənistan hakimiyyətinin xalqı "qalib gələcəyik” şüarını mənimsəməsinə təhrik etdiyini, döyüş meydanında baş verən hadisələri çəhrayı eynəklə təqdim etdiklərini söyləmək mümkündür. Ancaq 9 noyabrda üçtərəfli atəşkəsin şərtlərini və erməni tərəfinin təslim olmasını eşitdikdə, cəmiyyət ciddi stressə məruz qaldı. Bir qayda olaraq, bu cür hadisələr baş verdikdə, məğlub olan hökumət istefa edir və gedir, lakin Paşinyan oturacağından yapışıb səlahiyyət müddətini mümkün qədər uzatmaq istəyir. Nəticədə, Ermənistan beynəlxalq ictimaiyyətin gözündə, onsuz da zəif olan nüfuzuna xələl gətirir. Nəhayət, nəzərə alaq ki, bu müharibə həm də Ermənistan üçün diplomatik məğlubiyyətin nəticəsidir. Paşinyan hökuməti nəinki Rusiya, Aİ, ABŞ, İran və digər dövlətlərlə münasibətlərini inkişaf etdirə bilmədi, eyni zamanda əlindəki resursları düzgün qiymətləndirməyi bacarmadı. Müharibənin itkiləri çox ağırdır. Bu mənada, 2021-ci il mövcud hakimiyyətin cəmiyyətə rəhbərlik edə bilmədiyi müharibənin nəticələrini aradan qaldırmaq üçün çətin bir dövr olacaq. Bu səbəbdən müxalifət qüvvələri hökumətin istefası və müvəqqəti hökumət yaratmaq gündəmi ətrafında birləşib. Ermənistanın "Beynəlxalq insan inkişafı mərkəzi”nin rəhbəri Tevan Poqosyan qeyd edib ki, bu gün ermənilər tamamilə iflic dövlət sisteminə, məğlubiyyətə, mənəvi-psixoloji problemlərə sahibdirlər. "Yanvarın sonunda və ya fevralda iqtisadi kollapsa çatacağıq, növbədənkənar seçkiləri nə zaman edəcəyik”, - deyə o bildirib. Tevan Poqosyanın sözlərinə görə, bugünkü vəziyyətə əsasən, Ermənistana böhran əleyhinə komanda lazımdır və yalnız bu komanda ilə böhranları aradan qaldırdıqdan sonra növbədənkənar seçkilər haqqında düşünmək lazımdır. Bu, 6, 7 ay və ya 1 il çəkə bilər.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər