• cümə axşamı, 25 aprel, 08:29
  • Baku Bakı 14°C

Xəqani Məmmədov: “Gördüklərim dəhşət idi“

01.10.13 15:54 2510
Xəqani Məmmədov: “Gördüklərim dəhşət idi“
“Bizdə cəzanın konkret müddəti göstərilmir. Nizam-İntizam Məcəlləsində qeyd olunur ki, hakim AFFA-nın bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırılır. Ancaq, yəqin ki, o, uzun müddətə hakimlikdən uzaqlaşdırılacaq. İndidən belə edirsə, məncə, kimsə onu yaxına buraxmayacaq”. Bunu apasport.az saytına AFFA Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.
U-17 liqasının ilk turu çərçivəsində baş tutmuş “İnter” - “Qəbələ” oyunu qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Həmin görüşdə baş hakim olan Elməddin İsgəndərovun ilk hissənin sonlarında “bankirlər”in qapısına qərəzli penalti təyin etməsi aləmi bir-birinə qatıb. İsgəndərovun gülməli penalti qərarı hakimlik karyerasının üzərindən xətt çəkilməsinə səbəb ola bilər.
Həmin oyunu canlı izləyənlər arasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da olub: “Həmişə uşaqların oyununa baxmağa gedirəm. Məqsədim istedadlı gənc hakimləri irəli çəkməkdi. Mənə deyilmişdi ki, Elməddin birinci dəstə və ya əvəzedicilərin çempionatında oyun idarə etməyə qadirdir. Ona görə də bu oyuna baxmağa getmişdim. Ancaq gördüklərim dəhşət idi. Hakim səhv edə bilər. Səhvən penalti də təyin edə bilər, amma onun bütün qərarları birtərəfli idi”.
Qeyd edək ki, Elməddin İsgəndərov hakimlikdən bir neçə dəfə qovulmuş Emil İsgəndərovun oğludur.
banner

Oxşar Xəbərlər