• cümə, 29 Mart, 04:37
  • Baku Bakı 7°C

“Xənnas” filmi həftəsonu satış rekordlarını qırdı - Fotolar

08.05.17 16:10 4805
“Xənnas” filmi həftəsonu satış rekordlarını qırdı - Fotolar
Azərbaycan kinematoqrafiya sahəsində ilk mistik triller janrında olan, Elvin Abdullanın "Xənnas” qorxu filmi tamaşaçılara təqdim olundu. Filmin çəkiliş prosesi zamanı belə mətbuatın böyük diqqətini toplayan sözügedən film sözün hər mənasında özünü doğrultdu. Belə ki, ölkəmizin ilk qorxu filmi kinosevərlərin rəğbəti ilə qarşılaşıb. Bunu ilk növbədə sosial şəbədələrdəki paylaşımlara əsaslanıb deyə bilərik. Daha çox gənc kütlənin diqqətini çəkən film haqqında paylaşımlar, müsbət rəylər, bitib tükənmir.

Biz də filmin yalnız sosial şəbəkələrdəki paylaşımlarını deyil, eybi zamanda satışlarındakı durumunu da öyrənməyə çalışdıq. Aydın oldu ki, Azərbaycan kinematoqrafiya sahəsində ilk mistik triller janrında çəkilən filmə böyük tələbat var.

"Xənnas” filmi həftə sonu Azərbaycan filmləri arasında ən çox baxılan filmlər sırasında "Top-10”-luqda ilk yeri tutur.
"CinemaPlus”kinoteatrlar şəbəkəsinin baş direktoruZaur Darabzadəilə əlaqə saxlayıb, ondan filmin satış göstəricisi barədə xəbər aldıq. Z.Darabzadə bizimlə söhbətində bildirdi ki, "Xənnas” filmi çox uğurlu və keyfiyyətli filmlər sırasında yer alıb: "Repertuarımıza yeni qatılan "Xənnas” filminə tələbat həddən artıq çoxdur. Tələbat da ondan qaynaqlanır ki, bu film çox maraqlıdır. Ona görə ki, fərqli janrdadır və maraqlı rejissor yozumu var. İndiyə qədər kinoteatrlarımızda komediya, dram janrında çox filmlər çəkilib. Qorxulu janrda isə ilk dəfədir ki, film çəkilir. Tamaşaçılarımız "Xənnas” filminə çox müraciət edir. Bu film sevilir. Sizə onu deyə bilərəm ki, "Xənnas” filmi bizim kinoteatrlarımızda çox yaxşı izlənilir”.
Filmin rejissoru, müəllifi Elvin Abdulla isə sualımıza cavab olaraq bildirdi ki, hər gün ona kinoteatrlardan filmin satışı ilə bağlı məlumat verilir: "Qaladan 4 gün keçməsinə baxmayaraq hələ də təbrik mesajları alıram və almaqda davam edirəm. "Xənnas” filminə olan maraq həddən ziyadə artıqdır. Buna görə bütün dostlarıma təşəkkür edirəm. Sözün əsil mənasında filmin tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Bu bir rejissor olaraq məni çox sevindirir”.
Xəyalə Rəis




banner

Oxşar Xəbərlər