• çərşənbə, 17 Aprel, 01:06
  • Baku Bakı 14°C

Xələf Xələfov Rusiya XİN-nin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb

20.09.19 14:21 533
Xələf Xələfov Rusiya XİN-nin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin "Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mükafatı təqdim etmək məqsədilə Xarici İşlər Nazirliyinə gələn RF-nin ölkəmizdəki səfiri Mixail Boçarnikov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun məktubunu oxuyaraq, nazir müavini Xələf Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığın möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.
banner

Oxşar Xəbərlər