• cümə, 19 Aprel, 23:48
  • Baku Bakı 24°C

Xələf Xələfov İspaniya Aviatorlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb

29.11.16 16:38 977
Xələf Xələfov İspaniya Aviatorlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb
Xarici işlər nazirinin müavini Xələf Xələfov İspaniya Aviatorlar Assosiasiyasının rəhbəri Akilino Marta Pyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-in mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, X. Xələfov İkinci Dünya müharibəsi illərində Azərbaycana aviasiya təlimləri almaq üçün gəlmiş ilk ispan gənclərinin fəaliyyəti haqqında danışaraq, həmin şəxslərin aviasiya təlimlərinə yiyələndikdən sonra Azərbaycanda və keçmiş SSRİ-nin digər bölgələrində faşizmə qarşı mübarizəsi haqqında ətraflı danışıb. O, ispan aviatorların şərəfinə Gəncə şəhərində muzeyin təsis edildiyini diqqətə çatdırıb. Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərə toxunan nazir müavini bu münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən X. Xələfov münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İspaniya tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.
İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez təşkilat üzvlərinin və ispan aviatorların ailə üzvlərinin XİN tərəfindən qəbul edilməsini yüksək qiymətləndirib. O, ispan aviatorların Azərbaycan xalqı tərəfindən böyük ehtiramla xatırlanması və onların xatirəsini əbədiləşdirmək üçün Gəncə şəhərində təsis edilmiş muzeyə görə İspaniya səfirliyi və təşkilat adından təşəkkür edib.
İspaniya Aviatorlar Assosiasiyasının rəhbəri, tarixçi Akilino Marta Pyer çıxış edərək 1936-1939-cu illərdə İspaniyada siyasi və hərbi vəziyyət, ispan gənclərin xarici ölkələrə, o cümlədən Azərbaycana aviasiya təlimi almaq üçün göndərilməsi, onların faşizmə qarşı mübarizəsi, eləcə də təşkilatın yaranma səbəbləri barədə məlumat verib. O, İspaniya Aviatorlar Assosiasiyasının siyasi təşkilat olmasa da, iki ölkə arasında siyasi əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.
banner

Oxşar Xəbərlər