• cümə, 29 Mart, 15:53
  • Baku Bakı 14°C

Xədicə İsmayıl, Türkel Kərimli və Bako Saakyanın oğlu Azərbaycana qarşı

16.09.16 16:50 2558
Xədicə İsmayıl, Türkel Kərimli və Bako Saakyanın oğlu Azərbaycana qarşı
Məlum olduğu kimi, sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. DinləmələrdəXədicə İsmayıl,Türkel Kərimli(Əli Kərimlinin oğlu) və ABŞ-ın Azərbaycandakı sabiq səfiriRiçard Kozlariççıxış ediblər.
Qabaqcadan təşkil edilmiş reklamın əksinə olaraq, dinləmələr çox sönük keçib. Tədbirdə cəmi 20 nəfərə yaxın adam iştirak edib, konqresmenlərdən isə yalnız ermənipərəstCim Makqavernmüzakirələrə qatılıb. İştirakçıların əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri olublar.
Tədbirin videogörüntüsündə erməni diasporunun fəallarından olanArmen Saakyanın da dinləmələrdə iştirak etdiyi bəlli olub.
Qeyd edək ki, Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəriBako Saakyanın oğludur. A.Saakyan ABŞ-dakı erməni diaspronunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biridir.


Məlumat üçün bildirək ki, ötən il komissiyanın Azərbaycan üzrə dinləmələrində isə qondarma "DQR"-in ABŞ-dakı nümayəndəliyinin rəhbəri iştirak etmişdi. Əli Kərimlinin oğlunun əli Azərbaycan xalqının qanına batmış Bako Saakyanın oğlu ilə bilikdə Azərbaycana qarşı keçirilən tədbirdə iştirakı olduqca düşündürücü məqamdır.

Tədbirin əvvəlində konqresmen Makqavern Dövlət Departamentinin nümayəndəsinin dinləmələrə dəvət edildiyini, lakin onlardan cavab ala bilmədiklərini deyib. Dinləmələrə Skype vasitəsilə qatılan Xədicə İsmayılisə ABŞ-ın Azərbaycandakı səfirliyinin və şəxsən səfirRobert Sekutanın fəaliyyətini kəskin tənqid edərək, onları "vətəndaş cəmiyyətinə lazımidəstək verməməkdə və Azərbaycan hökumətindən qorxmaqda" günahlandırıb.

Tədbirlə eyni gündə ABŞ Helsinki Komissiyası bəyanat yayaraq, 8 sentyabr tarixində konqresmenKris Smittərəfindən Azərbaycan rəhbərliyinə ünvanlanmış məktubun mətnini ictimaiyyətə açıqlayıb. Məktuba Kris Smitlə yanaşı, ABŞ Konqresində Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan konqresmenAdam Şifin imza atması bir daha ölkəmizə qarşı bu tipli hücumların arxasında məhz erməni lobbisinin durduğunuaydın göstərir.

Milli.Az
banner

Oxşar Xəbərlər