• cümə axşamı, 18 aprel, 04:11
  • Baku Bakı 15°C

XƏBƏRDARLIQ: Respublikanın bəzi yollarını buz bağlayıb

09.01.15 18:00 838
XƏBƏRDARLIQ:  Respublikanın bəzi yollarını buz bağlayıb
Baş Dövlət Yol Polisi İdarəsi bu saata respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, yağan qar respublikanın bəzi yollarında buzlaşmaya səbəb olub: “Yağan qar nəticəsində Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala, Ağsu aşırımı, Muğanlı-İsmayıllı istiqamətlərində avtomobil yollarının müəyyən hissələrində buzlaşma qeydə alınıb”.
Sürücülərdən avtomobillərdən göstərilən istiqamətlərdən mümkün qədər az istifadə etmələri xahiş olunur.
banner

Oxşar Xəbərlər