• çərşənbə axşamı, 16 aprel, 23:11
  • Baku Bakı 18°C

Xəbərdarlıq etdilər ki, bir də belə hərəkət etsən...

05.01.19 12:30 692
Xəbərdarlıq etdilər  ki, bir də belə hərəkət etsən...
İngiltərə Futbol Assosiasiyası "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya xəbərdarlıq edib.
Kaspi.az xəbər verir ki, Qvardiola "Liverpul”la oyundakı (2:1) davranışına görə xəbərdarlıq alıb. O, q arşılaşmanın 47-ci dəqiqəsində aşırı emosionallıq nümayiş etdirib.
Pep şərfini yerə ataraq ehtiyat hakim Martin Atkinsonun üstünə qışqırıb. Hətta qarşılaşmanın baş hakimi Entoni Teylor da texniki zonaya yaxınlaşaraq, Qvardiolanı sakitləşməyə çağırıb.
Assosiasiyanın xəbərdarlığında bildirilir ki, Qvardiola bir daha belə hərkətə yol verərsə, sərt cəza ilə üzləşəcək.
banner

Oxşar Xəbərlər