• cümə, 19 Aprel, 13:05
  • Baku Bakı 25°C

Xəbərdarlıq: Bəzi yerlərdə şimşək çaxacaq, leysan yağacaq

21.08.18 16:30 629
Xəbərdarlıq: Bəzi yerlərdə şimşək çaxacaq, leysan yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Avqustun 22-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq.
Rayonlarda avqustun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Avqustun 22-si axşamdan 24-ü axşamadək Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var.
banner

Oxşar Xəbərlər