• çərşənbə axşamı, 19 mart, 13:06
  • Baku Bakı 8°C

XDMX "Windows" istifadəçilərinə xəbərdarlıq edib

25.09.17 14:25 1250
XDMX "Windows" istifadəçilərinə xəbərdarlıq edib
"Cisco Talos"un mütəxəssisləri "Windows" əməliyyat sistemi ailəsinin optimallaşması və "təmizlənməsi" üçün nəzərdə tutulmuş məşhur "Ccleaner" tətbiqi ilə əlaqəli xoşagəlməz insident haqda xəbərdarlıq ediblər.
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, tədqiqatçıların məlumatlarına əsasən, naməlum xakerlər 15.08.2017-ci ildən 12.09.2017-ci ilədək tətbiqə nüfuz edərək "Floxif" troyanını yaymağa müvəffəq olublar. Mütəxəssislər bildirirlər ki, "CCleaner 5.33"-ün rəsmi versiyası ilə tanış olarkən tətbiqin şübhəli domen ilə əlaqələndiyini müşahidə ediblər. Məlum olub ki, buna yalnız 32 bitlik sistemdə inzibatçı uçot qeydi ilə işləyən "Floxif" troyanı məsuliyyət daşıyır. Troyan yoluxmuş kompüter haqqında (sistem haqqında informasiya, işə salınmış proseslər, şəbəkə qurğularının MAC ünvanları və s.) bütün məlumatları toplayır və onları hakerlərə məxsus serverə yollayır. Bununla da 2,27 milyon istifadəçinin şəxsi məlumatları hakerlərin əlinə keçib.
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərir - red.) yoluxub yoluxmamağınızla bağlı aşağıdakı tövsiyəni edir:
Reyestrdə "HKEY_LOCAL_MACHINESOFTWAREPiriformAgomo" taparaq "MUID" və "TCID" elementlərinin mövcudluğunu yoxlamaq lazımdır. Əgər tapsanız bu "Floxif" yoluxmasının əlamətidir.
banner

Oxşar Xəbərlər