• cümə, 29 Mart, 03:16
  • Baku Bakı 7°C

Xatirə Niyama cavab verdi: “Get kartofunu bişir“

13.05.14 18:39 1153
Xatirə Niyama cavab verdi: “Get kartofunu bişir“
Sənətçi axşam.az saytına açıqlamasında N.Səlaminin ünvanına sərt sözlər deyib:
“Niyama ayıb olsun ki, mənim çətin zamanımda, günümün xəstəxanalarda keçdiyi bir vaxtda adımı bu cür söhbətlərdə çəkir. Ona cavab verdiyim üçün özümü çox pis hiss edirəm. Mən niyə belə söhbətlərə cavab verməliyəm? Niyam süjetdə "Üsyan"ı hamıdan əvvəl oxuyub, sevdirdiyini deyir. İndi görün, kim mənəm-mənəm edir?! Əgər o sevdirsəydi, bu söz-söhbətlər onun ifasından sonra yaranardı. Deməli, məndə nəsə alınıb ki, hamı danışır.
Bu məsələ ilə bağlı mənim adımı çəkən ilk adam Niyamdır. Mən heç vaxt mənəm-mənəm etməmişəm. Demişəmsə də, əcəb edirəm. Bu mahnını oxuyandan sonra Arif Babayev kimi insan mənə zəng edib "Xatirə, nə gözəl oxudun" dedi. Korifeylərin bu cür münasibəti mənə şərəfdir. Niyam kimdir? O getsin, kartofunu bişirsin, mənim ifama söz demək onun həddi deyil. Bütün jurnalistlərdən xahiş edirəm, bu məsələ ilə bağlı mənə sual verməsinlər”.
Xatırladaq ki, Niyam Səlami "Şoubiz+" verilişində "Üsyan" mahnısını ilk onun ifa etdiyini və dinləyiciyə sevdirdiyini bildirib.
banner

Oxşar Xəbərlər