• çərşənbə axşamı, 23 aprel, 14:48
  • Baku Bakı 24°C

Xatirə İslam Dubayda klip çəkdirəcək

31.10.13 17:34 1639
Xatirə İslam Dubayda klip çəkdirəcək
Axşam.az xəbər verir ki, bu barədə sənətçi “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə açıqlamasında deyib.
Onun sözlərinə görə, “Küsmə” adlanan mahnını həmkarı Rüfət Axundovla duet oxuyub:
“İndi yaradıcılığımda duetlər mərhələsi başlayıb. Klipi Rüfətlə birlikdə Dubayda çəkdirəcəyik. Bu dəfə ərəb rejissoru ilə işləmək qərarına gəlmişəm".
Xatirə deyib ki, muğam oxumaq üçün səbirsizlənir:
"Böyük sənətkarlarımızdan biri ilə muğam oxumağı düşünürəm. Mən o insana canlı korifey deyirəm. Bir ildən çoxdur ki, muğam oxumuram, ürəyim partlayır”.
Solo konsertə hazırlaşan Xatirənin fərqli çıxışı olacaq. O, iki gün konsert verəcək:
“Konsertimin birində yalnız muğamlar, digərində isə duetlər yer alacaq. İndiyədək səsləndirilməyən duetlərimi oxuyacam. İstəmirəm konsertə gələn tamaşaçı desin ki, bu mahnını eşitmişik. Həmkarlarımdan xahiş edirəm ideyamı oğurlamasınlar”.
banner

Oxşar Xəbərlər