• şənbə, 27 Aprel, 02:53
  • Baku Bakı 14°C

Xarkov şəhərində həmrəylik konserti keçirilib

22.12.14 15:29 1128
Xarkov şəhərində həmrəylik konserti keçirilib
Xarkov Milli Akademik Opera və Balet Teatrında Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib. Konsertdən öncə fəxri konsulluğumuzun binasında Azərbaycanla Ukrayna arasındakı regionlararası əməkdaşlığın inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransı olub. Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğlunun “Kaspi” yə verdiyi məlumata görə, Xarkov, Sumı, Zaporojye və digər vilayətlərin sənaye müəssisələri rəhbərlərinin ,Xarkov vilayət və şəhər deputatlar şurası sədrlərinin, ali rada deputatlarının, diplomatların və sahibkarların iştirak etdiyi mətbuat konfransında Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək Azərbaycanla Ukrayna arasında münbit investisiya mühiti haqqında məlumat verib. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirən konsul qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Ukrayna dostluğunun daha da inkişaf etdirilməsi üçün ona verilən göstəriş və tapşırıqların həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. O, bu baxımdan İkitərəfli regional əməkdaşlığın və iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsi üçün intensiv görüşlərin və danışıqların aparıldığını, bunun üçün Xarkov vilayətinin bir sıra sənaye müəssisələri rəhbərlərinin və yerli sahibkarların Azərbaycana işgüzar səfərlərinin hazırlandığını bildirib. Jurnalistlərə Azərbaycanla Ukrayna arasındakı iqtisadi əlaqələrin statistik göstəriciləri haqqında məlumat verən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bu il Azərbaycanın Xarkov şəhərində fəxri konsulluğunun açılmasından sonra ikitərəfli regional iqtisadi, ticari, elmi, texniki əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Bu baxımdan fəxri konsul Əfqan Salmanovun səmərəli fəaliyyətini yüksək dəyərləndirib. Tədbirdə çıxış edən Azərbaycan Ukrayna parlametlərarası dostluq qrupunun sədri, Ali Radanın deputatı Oleq Madunits , Xarkov Vilayət Şurasının sədri Sergey Çernov, Türkiyənin Xarkovdakı fəxri konsulu Vladimir Belıy, Ukraynanın keçmiş xalq deputatı Vladimir Zaplatinski son illər Azərbaycanın inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilməsinin kökundə dahi Heydər Əliyev ideologiyasının dayandığını vurğulayıblar. Ulu öndərin müdrik və uzaqgörən siyasətinin prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildiriblər.
Sonra tədbirə qatılanlar Xarkov Milli Akademik Opera və Balet Teatrının foyesində təşkil olunmuş azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olublar. Dünya Azərbaycanlılarının Həmrəylik Ğünü münasibəti ilə keçirilən bayram tədbirində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov və ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək, müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünya Azərbaycanlılarının milli məfkurə ətrafında birləşməsində ümummili lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Əfqan Salmanov öz çıxışında bildirib ki, ulu öndərimizin belə bir günü tarixə salması dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlını sözün əsl mənasında milli azərbaycançılıq məfkurəsi ətrafında birləşdirib. Dahi öndərin bu siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən fəxri konsul son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xalqımızın öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini diqqətə çatdırıb və ali baş komandanımızın apardığı məqsədyönlü siyasət nəticəsində İşğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad olunacağını qeyd edib. Qarşıdan gələn həmrəylik günü və yeni il münasibəti ilə Ukrayna və Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb. Tədbirdə Ukrayna Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Ali radanın deputatı Oleq Medunitsa, Xarkov vilayət deputatlar şurasının sədri Sergey Çernov və digər rəsmi şəxslər çıxış edərək, Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun açılması ilə ölkələrimiz arasındakı regional əməkdaşlığın inkişaf etdirilməsinə görə Azərbaycan respublikasının prezidenti İlham Əliyevə minnətarlıqlarını bildiriblər. Qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə dost Azərbaycan və Ukrayna xalqlarına xoş və səmimi bayram təbriklərini çatdırıblar. Azərbaycanla Ukrayna arasındakı regional əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Azərbaycanın Xarkovdakı fəxri konsulluğu Xarkov vilayət deputatlar şurasının və bir sıra dövlət qrumlarının fəxri diplomları ilə mükafatlandırılıb. Xarkov, Dnepropetrovsk, Sumı, Zaporojye və digər vilayətlərdə yaşayan soydaşlarımızın əsl birlik və həmrəylik təntənəsinə çevrilən bayram konsertində Ukraynanın Xalq artisti Qurban Abbasovun, Ukraynanın əməkdar artistləri Anna və Mariya bacılarının, Viktor Pavlik, Katerina Bujanskaya və Oleq Podolskiy kimi sevilən müğənnilərin, Azərbaycanın estrada ulduzu Natəvan Həbibinin ifalarında maraqlı konsert proqramı nümayiş etdirilib. Taninmış səhnə ulduzlarının şən və həzin mahnıları tədbirə qatılanlara əsl bayram ovqatı bəxş edib.
T.Məhərrəmova
banner

Oxşar Xəbərlər