• şənbə, 04 May, 09:49
  • Baku Bakı 14°C

Xaricilərin otellərdə qalma sayı artıb

26.07.19 14:37 12714
Xaricilərin otellərdə qalma sayı artıb
2019-cu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda1 327,5min gecələmə keçirilib.
"Report”unDövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə3%çoxdur. Gecələmələrin63,3%-i Bakıda,8,7%-i Qəbələdə,4%-i Naftalanda,3,9%-i Qubada,3,8%-i Qusarda,3,4%-i Naxçıvan Muxtar Respublikasında,1,6%-i Xaçmazda,1,3%-i Mingəçevirdə, hər birində0,9%olmaqla Qax və Gəncədə,8,2%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən2%artaraq954,2min olub ki, bu da ümumi gecələmələrin71,9%-ni təşkil edir. Gecələmələrin12,9%-i Birləşmiş Ərəb Əmirlikləri,12,2%-i Rusiya Federasiyası,8,7%-i Səudiyyə Ərəbistanı,5,9%-i Hindistan,5,6%-i İsrail,5,4%-i Türkiyə,5%-i İran,3,8%-i Böyük Britaniya,3,3%-i Küveyt,2,1%-i ABŞ,2%-i Pakistan,1,9%-i Qətər, hər biri üzrə1,5%olmaqla Qazaxıstan və İraq,1,3%-i Çin,1,2%-i Almaniya,25,7%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin77,6%-i Bakı şəhərində,7,9%-i Qəbələdə, hər birində3,4%olmaqla Naxçıvan Muxtar Respublikasında və Naftalan şəhərində,3%Qubada,2,1%-i Qusarda,2,6%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə5,5%artaraq373,3minə çatıb.
banner

Oxşar Xəbərlər