• cümə, 26 Aprel, 17:08
  • Baku Bakı 23°C

Xarici tələbələr “Vətənim... Qarabağım... bölünməz Azərbaycanım” dedilər - FOTOLAR

24.05.16 18:32 1122
Xarici tələbələr “Vətənim... Qarabağım... bölünməz Azərbaycanım” dedilər - FOTOLAR
Bakı Dövlət Universitetində (BDU) "Vətənim... Qarabağım... bölünməz Azərbaycanım” adlı tədbir keçirilib. BDU mətbuat xidmətindən "Kaspi”yə bildirilib ki, universitetdə təhsil alan xarici tələbələrin təşkil etdiyi tədbirdə ali məktəbin müəllim-tələbə heyəti iştirak edib. Xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova artıq ənənə halını almış tədbirin əhəmiyyətindən danışıb və universitetin dünyanın bir sıra ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlığından bəhs edib.
Sonra Türkiyə, Pakistan, Türkmənistan, Nigeriya, Çindən olan tələbələr müxtəlif dillərdə Azərbaycanın tarixi yerləri və şəxsiyyətləri barədə məlumat verib, milli adət-ənənələrimizi əks etdirən təqdimatla çıxış ediblər.







banner

Oxşar Xəbərlər