• çərşənbə, 24 Aprel, 15:51
  • Baku Bakı 27°C

Xarici donorların Azərbaycanda fəaliyyəti məhdudlaşdırılacaq?

19.11.14 12:57 975
Xarici donorların Azərbaycanda fəaliyyəti məhdudlaşdırılacaq?
Bahar Muradova: “Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaitinin həcmi artırılmalıdır”.
“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı parlamentin vitse-spikeri Bahar Muradova deyib.
O qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir: “Hər sahənin öz modeli olduğu kimi, vətəndaş cəmiyyətinin də Azərbaycan modeli formalaşıb. QHT-lərə Dövlət Dəstəyi Şurası bu il 20-dək beynəlxalq tədbir keçirib. Kim düşünürsə, 6 mln. manat Şura üçün yetərli vəsaitdir, amma bu o qədər də çox deyil. Dünən Azay Quliyev təklif etdi ki, vəsait 10 mln. manata qaldırılsın. Mən bilmirəm, bu vəsait nə qədər artırılmalıdır, amma onu bilirəm ki, Şuraya ayrılan maliyyə vəsaitinin artırılmasına ehtiyac var. Mən xarici donorların ölkədə fəaliyyətinin daha da məhdudlaşdırılmasının tərəfdarıyam. Amma yerli donorlardan da vəsait almaq asan olmalıdır”.
Millət vəkili Yevda Avramov da QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin həcminin artırılmasının tərəfdarı olduğunu bildirib: “QHT-lərə ayrılan vəsait artırılmalıdır ki, onlar üzərlərinə düşən işləri görə bilsinlər. Buna ehtiyac var”.
banner

Oxşar Xəbərlər