• cümə axşamı, 25 aprel, 18:48
  • Baku Bakı 21°C

Xaricdən Azərbaycana buynuz qişası gətirilməsi qadağasının götürülməsi təklif olunur

18.01.17 15:25 928
Xaricdən Azərbaycana buynuz qişası gətirilməsi qadağasının götürülməsi təklif olunur
"Azərbaycanda gözün buynuz qişasının toxumaları ilə bağlı cərrahiyyə əməliyyatı üçün hazırda 2 987 xəstə növbə gözləyir. Onların vaxtı gedir, əməliyyat olunmalıdırlar, çünki zamanında əməliyyat olunmazlarsa, görmə qabiliyyətlərini itirə bilərlər”.
APA-nın məlumatına görə, bunu, Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.
O qeyd edib ki, gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan xəstələri əməliyyat edə bilmirlər: "Bu məhdudiyyətin aradan qaldırılması müsbət amil ola bilər. Əməliyyat gözləyən xəstələrin 70 faizi gənclərdir. Müəyyən qurumlar var ki, xəstələri toplayıb xarici ölkələrə əməliyyata aparırlar. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Çünki həmin xəstələr ambulator müayinədən keçməlidirlər. Azərbaycanda bu əməliyyat pulsuz həyata keçirilir”.
Deputat Musa Quliyev isə qeyd edib ki, buynuz qişası toxumasını dünyasının dəyişən şəxslərdən götürmək olar, amma bunun üçün xüsusi klinikaların olması vacibdir: "Hələlik isə bu toxumanın Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Bunun üçün Gömrük Məcəlləsinə dəyişiklik edilməlidir. Çünki həmin toxumalar gömrük keçid məntəqələrindəki rentgen aparatından keçirilə bilməz. Toxuma aparatdan keçirildikdən sonra fuknksiyasını itirir”.
Komitə sədri Əhliman Əmiraslanov təklifi dəstəkləyib.
banner

Oxşar Xəbərlər