• cümə, 19 Aprel, 02:36
  • Baku Bakı 18°C

Xaricdəki aztəminatlı azərbaycanlılara yardımla bağlı layihə hökumətə təqdim edilib

26.05.20 16:00 606
Xaricdəki aztəminatlı azərbaycanlılara yardımla bağlı layihə hökumətə təqdim edilib
Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədiləəlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup yaradılıb.
"Report" xəbər verir ki,bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanıb və nəzərdən keçirilir.
Eyni zamanda, aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraqhazırlanan"Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.
Qeyd edək ki, ötən il"Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işləraparılırdı.
banner

Oxşar Xəbərlər