• cümə, 26 Aprel, 06:31
  • Baku Bakı 12°C

Xaricdə təhsil alanların azərbaycanlı gənclərin sayı açıqlanıb

23.07.13 15:29 1495
Xaricdə təhsil alanların azərbaycanlı gənclərin sayı açıqlanıb
Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların statistikasını açıqlayıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 2007/2008-ci tədris ilində xarici ölkələrin ali məktəblərinə 66 nəfər qəbul olub. 2008/2009-cu tədris ilində xarici ölkələrin ali məktəblərinə 134 nəfər qəbul olub, 200 nəfər təhsil alıb. 2009/2010-cu ildə xarici ölkələrin ali məktəblərinə daxil olanların sayı 308, təhsil alanların sayı 508 nəfər olub. 2010/2011-ci tədris ilində xarici ölkələrin ali məktəblərinə 275 nəfər qəbul olub, 783 nəfər təhsil alıb. Növbəti 2011/2012-ci tədris ilində xarici ölkələrin ali məktəblərinə daxil olanların sayı 435, təhsil alanların sayı 1218 nəfər təşkil edib. Ötən tədris ilində isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə 1825 nəfər azərbaycanlı gənc təhsil alıb. 2012/2013-cü tədris ilində 607 nəfər azərbaycanlı xarici ölkələrin ali məktəblərinə daxil olub.
banner

Oxşar Xəbərlər