• cümə, 19 Aprel, 11:57
  • Baku Bakı 13°C

"Xaricdə oturan bir qrup qüvvə böhtan kampaniyası apararaq əhalini çaşdırmağa çalışır"

12.02.19 13:08 488
"Xaricdə oturan bir qrup qüvvə böhtan kampaniyası apararaq əhalini çaşdırmağa çalışır"
Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir. Bu addımlar nəticəsində həm təminat, həm də xidmət strategiyasının inkişafı təmin edilir ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin yaradılması və digərlərinə xidmət edir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O təəssüflə qeyd edib ki, Azərbaycan əleyhinə işləyən qüvvələr əhalini aldatmağa çalışaraq bu məsələləri öz adlarına çıxmaq istəyirlər: "Biz Azərbaycan Prezidentinin şəhid ailələrinə ayırdığı birdəfəlik yardımla bağlı növbəti dəfə bunun şahidi olduq. Dövlət başçısının tapşırığı ilə bu məsələ araşdırıldı və mühüm addımlar atıldı. Ölkə başçısı bu məsələ ilə bağlı çoxdan tapşırıq vermişdi. Minimum əmək haqqı ilə bağlı da uzun müddətdir ki proseslər gedirdi. Bütün ölkələrin təcrübəsi öyrənildikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Xaricdə oturan bir qrup qüvvə isə bu gün böhtan kampaniyası apararaq bu addımları öz adlarına çıxır, əhalini çaşdırmağa çalışır”.
S.Novruzov hesab edir ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirləri, seçicilərlə görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar: "Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiya verərək problemlərin aradan qaldırılması üçün mühüm tapşırıqlar verir. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə də gənclərin sosial təminatı, onların irəli çəkilməsi məsələlərinə önəm verilir. Biz hər birimiz əsgər kimi bu məsələləri ictimaiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq. Bu addımların dövlətin strategiyası olduğunu başa salmalıyıq”.
banner

Oxşar Xəbərlər