• cümə axşamı, 25 aprel, 00:44
  • Baku Bakı 19°C

Xaricdə muzdla döyüşmək terror aktı kimi tanınacaq

11.03.14 16:17 1186
Xaricdə muzdla döyüşmək terror aktı kimi tanınacaq
Azərbaycan Milli Məclisinin martın 14-də keçiriləcək plenar iclasının gündəliyində dəyişiklik edilib.
Parlamentdən APA-ya verilən məlumata görə, yalnız Azərbaycanın Nazirlər Kabinetinin 2013-cü il üzrə hesabatının nəzərdə tutulduğu gündəliyə yeni layihələr də əlavə olunub.
Bunlar Cinayət və Cinayət Prosessual məcəllələrə, o cümlədən “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna edilən əlavə və dəyişikliklərdir. Layihələrdə Azərbaycanda muzdlular yığma, onlara təlim keçmə, o cümlədən onlardan hərbi münaqişələrdə, hərbi əməliyyatlarda istifadə etmə ilə bağlı cəzaların ciddi sərtləşdirilməsi, ölkə hüdudlarından kənarda təşkilatlanaraq silahlı münaqişələrdə iştirak etməyə görə yeni ciddi cəzaların tətbiqi, o cümlədən terror faktının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ilk dəfə olaraq parlamentin plenar iclasında hökumətin hesabatı ilə yanaşı, əlavə layihələr müzakirəyə çıxarılır.
banner

Oxşar Xəbərlər