• çərşənbə, 24 Aprel, 00:16
  • Baku Bakı 14°C

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

28.12.19 13:00 481
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, qeyd olunan proqram çərçivəsində sənəd qəbulunun müddəti 25 yanvar 2020-ci il tarixinədək uzadılıb.
banner

Oxşar Xəbərlər