• cümə, 29 Mart, 17:48
  • Baku Bakı 14°C

Xaqani və Şəhriyarın da dəfn olunduğu məşhur məzarlıq təhlükədə

13.06.14 13:28 1727
Xaqani və Şəhriyarın da dəfn olunduğu məşhur məzarlıq təhlükədə
İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərindəki “Məqbərətuş Şüara” (“Şairlər Məqbərəsi”) kompleksi məhv olmaq təhlükəsi ilə üzləşib.
APA-nın “Oyannews”a istinadən məlumatına görə, mütəxəssislərin xəbərdarlığına baxmayaraq, məqbərənin ətrafında tikinti işlərinə başlanılıb. Belə ki, son aylarda abidənin yaxınlığında Təbriz Şəhər Bələdiyyəsinin razılığı əsasında böyük binanın tikintisi aparılır. Ötən ilin yazında da İran Mədəni Miras və Turizm Təşkilatının “Məqbərətuş Şüara”nın girişində və ətrafında apardığı qazıntı işləri nəticəsində tarixi abidəyə zərər dəyib.
Qeyd edək ki, bu tarixi ərazi ən azı 7 əsr əvvəldən şair və yazıçıların məzarı olub. Belə ki, “Məqbərətuş Şüara”da 400-dən çox şair və yazıçı dəfn edilib. Ancaq Təbrizdə baş verən sel fəlakəti və zəlzələ nəticəsində onların qəbirləri itib.
Bir çox görkəmli şəxsiyyət - Əsədi Tusi, Qatran Təbrizi, Məhəmmədhüseyn Şəhriyar, Mucirəddin Beyləqani, Xəqani Şirvani, Zahirəddin Fərabi, Şahpur Nişaburi, Şəmsəddin Səccasi, Zülfüqar Şirvani, Həmmam Təbrizi, Məğribi Təbrizi, Mani Şirazi, Lisani Şirazi, Şakibi Şirazi və digərləri bu məqbərədə dəfn edilib.
banner

Oxşar Xəbərlər