• cümə, 19 Aprel, 10:28
  • Baku Bakı 13°C

Xaqani Məmmədov: “Hakimləri silkələmək istəyirik”

08.11.13 10:20 1662
Xaqani Məmmədov: “Hakimləri silkələmək istəyirik”
“Əlavə köməkçi hakimlərdən imtina etməmişik. Sadəcə, belə məsləhət bildik ki, bu tur hər oyuna 4 hakim göndərək. Ancaq növbəti həftələrdə əvvəlki qayda ilə davam edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Hakimlər Komitəsi Topaz Premyer Liqasının XIII turunun hər görüşü üçün 4 ədalət təmsilçisinə təyinat verib. Əvvəlki turlarda əlavə hakim köməkçilərinə ehtiyac duyan komitə eksperiment tipli yenilikdən istifadə edirdi.
Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, bu tur hər matça 4 hakim göndərmələri kadr çatışmazlığı ilə bağlı deyil: “Bizdə hakim çatışmazlığı yoxdur. Bir hakim hər tur 2 matça əlavə köməkçi kimi təyinat alırsa, bu, normaldır. Tək bizdə deyil, bütün dünyada belədir”.
Xaqani bəy bildirib ki, məqsədləri referiləri yaxşı mənadan silkələməkdir: “Bilirsiniz, qapı arxasında hakimin olması üstünlükdür. Ancaq bu sistemin də mənfi cəhətləri var. Məsələn, referilərdə arxayınçılıq yaranır. Hadisə yerinə, cərimə meydançasına həvəslə getmirlər. Düşünürlər ki, bir şey olsa, qapı arxasında dayanan köməkçisi görəcək. Bu isə düzgün deyil. Hərənin öz baxış bucağı var. Bu həftə 4 hakimdən istifadə etməklə, referiləri yaxşı mənada silkələmək istəyirik. Meydanda son söz sahibi referidir. Turun əsas oyunlarına təcrübəli referilər təyin etmişik. “Neftçi” – “Bakı” görüşünü Fariz Yusifova, “Xəzər Lənkəran” - “Qəbələ” qarşılaşmasını isə Vüsal Əliyevə tapşırmışıq. Belə götürəndə, onların əlavə köməkçilərə ehtiyacları olmamalıdır. Onlar bu cür də işlərinin öhdəsindən gələcək səviyyədədirlər”.
banner

Oxşar Xəbərlər