• şənbə, 20 Aprel, 00:26
  • Baku Bakı 15°C

Xaos və anarxiyadan qurtuluşa doğru

15.06.18 09:03 1045
Xaos və anarxiyadan qurtuluşa doğru
XX əsrin əvvəllərində, daha dəqiq desək 1918-ci ilin 28 mayında maarifpərvər ziyalılarımız mövcud ictimai-siyasi, tarixi şəraitdən yararlanaraq, Azərbaycanın Demokratik Cümhuriyyət qurublar. Müsəlman Şərqinin ilk qaranquşu sayılan bu cümhuriyyətin ömrü təəssüflər olsun ki, cəmi 23 ay çəkib. Sapı özümüzdən olan baltaların daxildən dəstəyi, daşnakların təxribatları və bolşeviklərin torpaqlarımıza soxulması nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprelində süqut edib. 70 il xalqlar həbsxanası adlandırılan SSRİ-nin tərkibində mövcudluğunu qoruyan Azərbaycan XX əsrin sonunda - 1991-ci ilin oktyabrında yenidən müstəqilliyini bərpa edə bilib. Lakin tarix təkrarlandığından həmin dövrdə ölkəmizin öz müstəqilliyini itirmək təhlükəsi yaranıb. Belə ki, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzkar siyasəti, əsassız ərazi iddiaları, erməni silahlı birləşmələrinin torpaqlarımıza soxulması respublikada vəziyyəti gərginləşdirib. Siyasi hakimiyyətdə olan insanların naşılığı, vəzifə kürsüsü uğrunda apardıqları mübarizə ölkəni bir qədər də fəlakətə sürükləyib.
Nəzarətdən çıxan vəziyyət
1992-ci il mayın 15-də Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsininkönüllülərdən ibarət silahlı dəstəsi parlamenti ələ keçirib. Cəbhədə müharibə getdiyi bir vaxtda AXC qüvvələri Bakıya cəlb edilərək siyasi proseslərin, vəzifə uğrunda mübarizənin alətinə çevrib. Beləliklə də həmin vaxt Azərbaycanda güc yolu ilə dövlət çevrilişi baş tutub. Ancaq bu hadisədən sonra da ölkədə vəziyyət stabilləşməyib. Əksinə, bütün sahələrdə ciddi böhran yaşanıb. Hətta müharibə şəraitində olan bir ölkədə vətəndaş müharibəsi körükləndirilib, qardaş-qardaşa silah çəkib. Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan 709 saylı hərbi hissə 1993-cü il iyunun 4-də itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib. Bu isə ölkəni tamamilə xaosa sürükləyib. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmək əvəzinə daha da qəlizləşdirib, hətta Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülüb. Qiyamçı hərbi hissənin rəhbərliyi baş nazir və Milli Məclissədrinin,ardınca da prezidentin istefasını tələb edib. Bütün bu hadisələr nəticəsində vəziyyət tamamilə nəzarətdənçıxıb. Ətraf rayonların icra başçıları zorla dəyişdirilib. Eyni zamanda, S.Hüseynovun qiyamı Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alıb.
Səriştəsiz idarəetmənin fəsadları
O dövrdə ölkədə sözün əsl mənasında xaos yaşanıb. İqtisadiyyatdakı tənəzzül, sosial problemlərin həddindən artıq dərinləşməsi və kəskinləşməsi, ictimai-siyasi sabitliyin pozulması vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar problemlər meydana çıxarıb, Azərbaycanın müstəqilliyinə ciddi təhlükə yaradıb. Vətəndaşlar həm ölkənin, həm də özlərinin gələcəyindən dərin narahatlıq hissi keçiriblər. Məhz belə bir vaxtda uşaqdan-böyüyə hər kəs ölkəni böhranlı və ağır vəziyyətdən yalnız ulu öndər Heydər Əliyevin xilas edəcəyi qənaətinə gəlib. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyevin Bakıya dəvət edilməsi məsələsi qaldırılıb. Ölkəni gözləyən təhlükəli proseslərin qarşısını ala bilməyən AXC-Müsavat iqtidarı xalqın təkidli tələbini nəzərə alaraq kömək üçün ulu öndər Heydər Əliyevə müraciət edib.
Ölkəni vətəndaş müharibəsindən qurtarmaq missiyası
Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən ümummilli lider həyatını təhlükə altında qoyaraq, ilk öncə bir qrup ziyalıilə Gəncəyə gedib. Onun apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısı alınıb. Bundan bir neçəgün sonrauluöndər Heydər Əliyev Milli Məclisdə səslənən təkidli xahişləri, ən əsası isə xalqın istəyini nəzərəalaraq o zamankı Ali Sovetin sədri vəzifəsinəseçilməsinərazılıq verib. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlayıb. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər. Milli Məclis də bu təklifibəyənib. 1997-ci ilin iyununda parlament bu günü bayram elan edib. Beləliklə də ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilməyə başlanıb.
Parlament idarəçiliyində yeni ruh və müasirlik
Qeyd edək ki, bu tarixi hadisərespublika həyatında xaos vəanarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilib. Ulu öndərin Ali Sovetin Sədri seçilməsi Azərbaycanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin edib. O, parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlayıb, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasiçəkişmələrin,qeyri-etik davranışların qarşısınıalıb. Müzakirə və diskussiyaların sivil, demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərib, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirib. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilib. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Məhz onun həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınıb. Bunun nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.
Siyasi-iqtisadi müstəqilliyimizin təmini
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulub. Ölkədə cinayətkarlığın qarşısı tam alınıb, bütün qanunsuz silahlı dəstələr ləğv olunub ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaradıb. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı da ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində alınıb, dövlət müstəqilliyi qorunub saxlanıb. Ona görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət alıb ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edib.
Cənubi Qafqazın lider dövləti
Sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də şəxsən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sevindirici haldır ki, hazırda ulu öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçirilir. Bu siyasi kurs nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.
Alpər TURAN
banner

Oxşar Xəbərlər