• cümə axşamı, 28 mart, 16:27
  • Baku Bakı 16°C

Xanlar Vəliyev hərbi cinayətlərdən danışdı

31.01.14 13:48 1550
Xanlar Vəliyev hərbi cinayətlərdən danışdı
Bu gün Azərbaycan Hərbi Prokurorluğunda ə 2013-cü ildə görülən işlərin və bu ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda çıxış edən hərbi prokuror Xanlar Vəliyev deyib ki, hərbi prokurorluq orqanları 2013-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 64 şəxs barəsində 55 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndəriblər. Onun sözlərinə görə, Hərbi Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həmin xidmətin idarə, şöbə və bölmələrində aparılan yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Göyçay, Daşkəsən və Saatlı rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci və 313-cü maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib: “Hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəyən maddi ziyanın 78,6 faizinin istintaq zamanı ödənilməsini təmin ediblər”.
Xanlar Vəliyev xüsusi olaraq vurğulayıb ki, 2013-cü ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib: “Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Ötən il Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilmişdir.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri İlqar Rüstəmovun, Zaur Əliyevin, Şahmar Nəzərovun, Məmməd Salamovun, Rauf Əliyev Raufin, Aydın Sadıqovun ublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 313-cü və 326.1-ci maddələri ilə başlanan cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib”.
Hərbi prokurorun sözlərinə görə, cinayət törədən şəxslərin əməlləri nəticəsində dövlətə vurulan maddi ziyanın 2.001.948 manat məbləğində vəsaitin istintaq zamanı ödənilməsini təmin edilib: “Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 63 nəfər tapılıb istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 149 yoxlama keçirilib, nəticədə 2575 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 317 təqdimat göndərilib, 222 nəfərə xəbərdarlıq edilib, 60 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 210 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 28 qanunsuz qərar ləğv olunub”.
Xanlar Vəliyev deyib ki, keçən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1741 müraciətinə baxılıb, 1063 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 3412 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2738 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.
banner

Oxşar Xəbərlər