AZE | RUS | ENG |

Xanlar Fətiyev: Gəncə daim dövlət başçısının diqqətini hiss edir

Xanlar Fətiyev: Gəncə daim dövlət başçısının diqqətini hiss edir
Gəncədə Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla və vaxtında həyata keçirilməsi üçün əməli tədbirlər bundan sonra da davam etdiriləcək. İqtisadi inkişafa nail olmaq, şəhərin sosial infrastrukturunu yeniləmək məqsədilə dövlət başçısının Gəncəyə ayırdığı 11 milyon manat maliyyə başlanılan vacib işlərin başa çatdırılmasına yardımçı olacaq.
Bu fikirləri Trend-ə açıqlamasında Gəncədən olan millət vəkili Xanlar Fətiyev söyləyib.
Onun sözlərinə görə, son 15 ildə Gəncə çox inkişaf edib və müasirləşib: "Yeni binaların tikintisi, bir sıra təhsil və səhiyyə ocaqlarının əsaslı təmir olunması, qəsəbələrdə yolların təmiri, şəhər ərazisində su və kanalizasiya sisteminin yenilənməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi, yeni idman qurğularının və qəsəbə meydançalarının yaradılması bunu deməyə əsas verir".
Millət vəkili qeyd edib ki, bu günlərdə Gəncədə 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair Şəhər İcra Hakimiyyətinin hesabat yığıncağında son illər görülən işlərdən danışılıb və bildirilib ki, hesabat dövründə Gəncə Şəhər Prokurorluğunun və Gəncə Hərbi Prokurorluğunun müasir tələblərə cavab verən yeni inzibati binaları istifadəyə verilib: "Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və İdman Sarayının inşası aparılır. Bununla yanaşı, Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində, 2,5 hektar ərazidə 2 mərtəbəli Baş Dövlət Yol Polis İdarəsinin Gəncə Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. Gəncənin ayrı-ayrı ünvanlarında yerləşən 182 çoxmənzilli binanın dam örtüyü təmir edilib, çoxmərtəbəli binalarda 168 lift əsaslı və cari təmir olunaraq işlək vəziyyətə gətirilib. Hesabat dövründə Gəncənin müxtəlif küçə və prospektlərində, o cümlədən Hacıkənd qəsəbəsində 243 ədəd işıqlandırma dayağı yenisi ilə əvəz edilib, 19 min 165 ədəd müasir işıqlandırıcılar quraşdırılıb.
Şəhərin Nizami Gəncəvi prospekti, F.Əmirov, Bağmanlar, Ş.Bahəddin, Əttarlar, Təbriz, Gəncəvi, Firdovsi, Q.Qarayev, Azərbaycan Bayrağı, İ.Cəfərov, S.Xasayev və digər küçələrində yollar təmir olunub, ümumilikdə 28 km uzunluğunda avtomobil yolu, 50 min kv.metrdən çox səki asfaltlanıb".
X.Fətiyev vurğulayıb ki, hesabat yığıncağında görülən işlər və gələcəkdə həyata keçiriləcək layihələr barədə qeyd olunanları eşitmək çox qürurverici idi: "Cənab Prezidentin Gəncəyə göstərdiyi diqqət və qayğını hər birimiz çox minnətdarlıqla qarşılayırıq. Şəhərimiz artlq Avropa şəhərləri ilə eyni sırada böyük tədbirlərə ev sahibliyi edir. Ümidvaram ki, Azərbaycanın ikinci böyük şəhəri bundan sonra da Cənab Prezidentin dəstəyi və tövsiyələri ilə günü-gündən inkişaf edəcək və ən nümunəvi, gözəl bir şəhərə çevriləcək”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311