• cümə, 29 Mart, 18:17
  • Baku Bakı 14°C

Xanlar Fətiyev: Gəncə Avtomobil Zavodu bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir

08.04.20 13:15 460
Xanlar Fətiyev: Gəncə Avtomobil Zavodu bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir
Azərbaycanda xüsusi karantin dövründə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısında Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi də var. Hazırda zavod tam kollektivlə olmasa da, ehtiyac olduğu qədər işçilərin fəaliyyəti nəticəsində işini davam etdirir.
Bu barədə Trend-ə açıqlamasında Gəncə avtomobil zavodu İB Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.
Onun sözlərinə görə, bu gün karantin rejiminin qaydalarına uyğun olaraq yığım xətlərində iş gedir.
"Bildiyiniz kimi, müəssisəmiz Azərbaycanda kənd təsərrüfatı texnikalarının istehsalı ilə məşğul olan yeganə zavoddur. Ölkəmizdə kənd təsərrüfatı sahəsində çalışan fermerlər və iş adamlarının texnikalara olan tələbatını ödəmək məqsədilə kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir. Konveyerdə xətlər üzrə məsafə 2 metrədək artırılıb. Yığım sexlərinin girişində dezinfeksiyaedici məhlullarla dolu qablar, qoruyucu maskalar, bir dəfə istifadə üçün əlcəklər qoyulub. Bundan başqa, aidiyyəti qurumların köməkliyi ilə sexlərimiz mütəmadi dezinfeksiya edilir” - deyə, X.Fətiyev əlavə edib.
Müşahidə Şurası Sədrinin bildirdiyinə görə, hazırda zavodda müxtəlif modeldə traktorların və bir sıra kənd təsərrüfatı texnikalarının, o cümlədən müxtəlif modeldə və təyinatda traktorların yığımı aparılılr.
banner

Oxşar Xəbərlər