• cümə, 29 Mart, 05:00
  • Baku Bakı 7°C

Xanım Balacayeva şahmat üzrə Azərbaycan çempionu olub

14.03.20 11:45 1736
Xanım Balacayeva şahmat üzrə Azərbaycan çempionu olub
Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında uğurla çıxış edən Xanım Balacayeva çempion adına layiq görülüb.
AZƏRTACxəbər verir ki, son turda Gövhər Beydullayeva ilə heç-heçə edən şahmatçı yarışın qalibi olub. Ondan 1 xal geri qalan G.Beydullayeva ikinci yeri tutub. Üçüncü yerə isə 6 xalla Gülnar Məmmədova layiq görülüb. Türkan Məmmədyarova 5,5, Zeynəb Məmmədyarova 5, Ayan Allahverdiyeva 3,5, Xəyalə Abdulla 4,5, Mələk İsmayıl 3, Ülviyyə Fətəliyeva 2,5, Səbinə Rzalı isə 2 xal toplayıblar.
Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilib.
banner

Oxşar Xəbərlər