• cümə axşamı, 28 mart, 16:23
  • Baku Bakı 16°C

Xanım azarkeşin həyat yoldaşına tapşırığı

04.07.18 14:20 853
Xanım azarkeşin həyat yoldaşına tapşırığı
İngiltərə yığması DÇ-2018-in 1/8 finalında Kolumbiyanı oyunsonrası penalti seriyasında məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı.
Kaspi.az xəbər verir ki, ingilis fanatlar sevimli komandalarının finala qədər irəliləyəcəyinə inanırlar. Kolumbiya ilə oyunda xanım azarkeş açdığı bannerlə diqqəti çəkib. O, İngiltərədə olan həyat yoldaşına mesaj göndərib:
"Con, pişiyi yemlə. Mən iki həftədən sonra evdə olacağam. Səni sevirəm”.
Xanım azarkeş bu mesajla İngiltərənin finala çıxacağına da inandığını göstərib. İngiltərə turnirin 1/4 finalında İsveçlə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər