• şənbə, 27 Aprel, 04:48
  • Baku Bakı 14°C

Xamneyidən iranlılara çağırış: Səs verdiyiniz namizədi gizli saxlayın

14.06.13 11:13 1676
Xamneyidən iranlılara çağırış: Səs verdiyiniz namizədi gizli saxlayın
Bu gün İranda 11-ci prezident seçkiləri keçirilir. Modern.az-ın məlumatına görə, 50 milyondan səsvermə hüququ olan iranlı ölkənin 66 min seçki məntəqəsində prezidentliyə namizədlərə səs verəcək.
4 il müddətinə seçiləcək İranın yeni prezidenti 6 namizəddən biri olmalıdır. Bunlar Səid Cəlili, Əli Əkbər Vilayəti, Məhəmmədbağır Qalibaf, Həsən Ruhani, Möhsün Rzayi, Məhəmməd Qərəzidir.
İranın ali dini lideri ayətulla Xamneyi bu səhər ən birinci səs verənlər arasında olub.
Dini lider səs verməyə hüququ olan hər bir iranlının səsvermədə iştirak edəcəyini ümid etdiyini söyləyib. O həmçinin məsləhət görüb ki, hər kəs səsini hansı namizədə verdiyini gizli saxlasın. Xamneyi söyləyib ki, insanlar hətta öz ailə üzvlərinə belə, kimə səs verdiklərini deməsinlər.
Son məlumatlara görə, ölkədə səsvermə prosesi hələ ki stabil vəziyyətdə davam edir.
banner

Oxşar Xəbərlər