• çərşənbə axşamı, 19 mart, 10:08
  • Baku Bakı 8°C

“Xalqların adət-ənənələri və mətbəxi”

23.09.19 14:57 924
“Xalqların adət-ənənələri və mətbəxi”
Daşkənddəki Botanika bağında "Xalqların adət-ənənələri və mətbəxi” adlı festival keçirilib.
Özbəkistandakı səfirliklər və mədəniyyət mərkəzlərinin iştirak etdiyi festivala Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, digər ölkələrin səfirləri və diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, diasporumuzun üzvləri və jurnalistlər qatılıb.
Festivavlda iştirak edən ölkələr öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini, mətbəxini nümayiş etdiriblər.
Ölkəmizi bu tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Festivalda Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib. AMM-in naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanıb.
Azərbaycan guşəsinə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub, onlar plov, dolma, çığıırtma, kükü, dovğaya qonaq edilib.
Təşkil edilən konsertdə AMM-nin nəzdindəki "Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimizi ifa edib.
Sonda festivalda fəal iştirak edən qurumlara diplomlar verilib. Diplom alanlar arasında Azərbaycan Mədəniyyət Mərkəzidə olub.
banner

Oxşar Xəbərlər