Xalqın Prezidentinə - İlham Əliyevə inamı, etimadı birə-beş artıb - Fotolar
Azərbaycanın ən yeni tarixinə yazılan son 16 ildə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri
üzrə ciddi nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb. Müstəqil
Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli
davamçısı İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları
ilə bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib, beynəlxalq miqyasda
mövqelərini daha da möhkəmləndirib.Ölkə
Prezidentinin yorulmadan, usanmadan dövlətçiliyin möhkəmləndirilməsi, xalqın
firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə yürütdüyü siyasət nəticəsində
ölkədə sabitlik tam bərqərar olub.
Təməlində ulu öndər Heydər Əliyev tərəfindən
dəqiqliklə hazırlanan müstəqil dövlətin inkişaf kursu dayanan, bu gün Prezident
İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan
Cənubi Qafqazın həm cəmiyyəti, həm də dövləti suverenlik və tərəqqi yolunda sürətlə
inkişaf edən ən uğurlu müstəqil dövlətinə çevrilib. Son illərə nəzər salsaq istənilən
müstəqil dövlətin həsəd apara biləcəyi zirvələrin fəth edildiyinin, sözün həqiqi
mənasında nəhəng irəliləyişin əldə edildiyinin şahidi olarıq. Azərbaycanın
dünyada yüksək nüfuza malik olmasını, regiondakı strateji əhəmiyyətli layihələrin
Azərbaycanın razılığı ilə reallaşmasını nəzərə alan böyük dövlətlərinin
başçıları müstəqil dövlətimizlə, onun Prezidenti daim milli və dövləti
maraqlardan çıxış edən İlham Əliyevlə əməkdaşlığa can atırlar.
Pensilvaniya Universitetinin "BAV Group and Wharton
School” Qrupunun analitikləri tərəfindən tərtib edilən siyahıda Azərbaycanın
2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşmasının
təməlində ölkəni inkişaf, tərəqqi yoluna çıxaran siyasətin müəllifi İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının
stimullaşdırılması dayanır. Güclü ölkələrin siyahısında ölkəmizin yer alması
bir daha onu göstərir ki, ölkəmiz güclü iqtisadiyyata, güclü orduya, dünya
birliyində güclü mövqeyə sahib bir ölkəyə çevrilib. Bundan əvvəl də Davos
İqtisadi Forumunun, Dünya Bankının son hesabatlarında Azərbaycanın rəqabətqabiliyyətli
iqtisadiyyat quruculuğu, islahatların reallaşdırılması, əhaliyə göstərilən dövlət
xidmətlərinin inklüzivliyinin artırılması, biznes mühitinin daha da
optimallaşdırılması və digər istiqamətlərdə qazandığı möhtəşəm nailiyyətlər,
ölkəmizin mövqeyinin ildən – ilə əhəmiyyətli dərəcədə yaxşılaşdığı qeyd olunub.
Bu günlərdə Türkdilli ölkələrin Parlament
Assambleyasının (TÜRKPA) 9-cu plenar iclasının Bakıda keçirilməsi,mötəbnər təşkilata
sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə
təhvil verilməsi ölkəmizin növbəti beynəlxalq uğuru kimi tarixə yazıldı. Ölkəmizin
paytaxtında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə
Görüşündən, dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin
sayı baxımından kifayət qədər sanballı qurum olan Qoşulmama Hərəkatına üzv ölkələrin
dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündən sonra da hər iki təşkilata
rəhbərlik ölkəmizə keçib. BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat
olan Qoşulmama Hərəkatına sədrlik 120 ölkənin rəyi əsasında yekdil qərarla əldə
edilməsi onu göstərir ki, dünya birliyinin ən azı üçdə iki hissəsi Azərbaycanı
dəstəkləyir, Prezident İlham Əliyevin siyasət konsepsiyasına böyük qiymət verir.
Beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən proseslərdə yaxından
iştirakının və eyni zamanda, sülhün bərpa edilməsinə verdiyi töhfələrin məntiqi
nəticəsidir ki, ölkəmizin üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirir,
mötəbər təşkilatlara uğula rəhbərlik edir.
Ölkə Başçısının siyasi-diplomatik fəaliyyəti nəticəsində Azərbaycan təhlükəsizliyin
təminində, dünya dövlətləri ilə əməkdaşlığın beynəlxalq hüquq çərçivəsində
inkişafında, enerji siyasətini müasir dövrün tələbləri səviyyəsində inkişaf
etdirməkdə, nəqliyyat dəhlizlərinin yaradılmasında kifayət qədər uğurlar əldə
edilib. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə ölkəmiz
üçün deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Multikulturalizmin Azərbaycan
modelini dünyaya təqdim edən, milli maraqlar çərçivəsində çıxış edən Prezident
İlham Əliyevin istəyi də ədalətin bərpa olunması, münaqişənin sülh yolu ilə həll
edilməsi, regionda sabitliyin bərqərar edilməsidir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli, sülh yolu ilə həlli edilməsinin tərəfdarı
olan Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə
Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik
iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı çıxışı, qətiyyətlə səsləndirdiyi
bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində
atılmış mühüm siyasi hadisə kimi tarixə yazılıb. "Valday” Beynəlxalq
Diskussiya Klubu kimi motəbər bir forumun tribunasından Prezident İlham Əliyev
tərəfindən səsləndirilmiş sərrast bəyanat Ermənistan Respublikasının Baş naziri
Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Xankəndidəki görüşü zamanı
"Qarabağ Ermənistanındır, nöqtə” şəklində ifadə olunmuş sərsəm fikrinə
beynəlxalq ictimaiyyət qarşısında obyektiv siyasi və diplomatik cavab oldu.
Real gerçəkliyin ifadəsi olan "Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyənatı
Prezident İlham Əliyevin müdrikliyini, hazırcavablığını bir daha təsdiq etdi. Bu
həmçinin Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə,
öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna daha bir mesaj
oldu.
Prezidenti İlham Əliyevin düşünülmüş
islahatları və müdrik qərarları sayəsində əldə edilən uğurlar, nailiyyətlər birbaşa
vətəndaşların gəlirlərinin artmasına, sosial rifah halının yüksəldilməsinə zəmin
yaradıb. Dövlət Başçısının ölkə vətəndaşlarının sosial müdafiəsini
daha da gücləndirmək məqsədilə imzaladığı fərman və sərəncamlar ölkəmizdə
iqtisadi və sosial sferalarda yeni inkişaf dövrünün başlanğıcına təkan verib, əhalinin
əmək haqlarında, müavinətlərində, pensiyalarında və bütövlükdə əhalinin real gəlirlərinin
artırılması sahəsində ciddi müsbət dəyişikliklər olub. Bununla bu kateqoriyadan
olan vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi, sağlamlıqlarının
qorunması və sosial müdafiəsinin təmin edilməsi, fəaliyyətinin artırılması
istiqamətində müsbət dəyişikliklərə imza atılıb.
Əhalinin
rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir təhsil
və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində aparılan ardıcıl
addımlar xalqının öz rəhbərinə olan sevgisini birə-beş artırıb. Xalq yaxşı
bilir ki, Prezident İlham Əliyevin humanizmi, daim xalqının yanında olması,
xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi
islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyü zəfərlərə doğru aparır.
Naqif HƏMZƏYEV
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri