• cümə, 19 Aprel, 11:31
  • Baku Bakı 13°C

Xalqımıza qarşı soyqırımında hay kilsəsinin rolu

20.02.19 10:30 1034
Xalqımıza qarşı  soyqırımında hay kilsəsinin rolu
1990-cı ilin 19-20 yanvar günlərində Sovet ordusunun hayların istəyi ilə Bakı şəhərində və ayrı-ayrı bölgələrdə dinc müsəlman-türk bölümünə qarşı törətdiyi soyqırımı faciəsindən 29 il ötür. Amma əsrlər boyu Azərbaycan dövlətinə və xalqına qarşı düşmənlərimiz tərəfindən yürüdülən soyqırımı-qətliamlarının tarixi XIX əsrin əvvəllərindən başlamışdır. Və Azərbaycan hüdudlarında qanlı qətliamların əsas icraçıları sırasında (elə sifarişçisi kimi də) hay kilsəsi həm öz qəbilə-tayfa sürülərini idarə etməklə yanaşı, irticaçı silahlı quldur dəstələrinin fəaliyyətini də beynəlxalq səviyyədə əlaqələndirməyi bacarmışdır. Hay kilsəsi tərəfindən ardıcıl və çoxşaxəli davam etdirilən bu mürtəce siyasətin nəticəsində, artıq XX əsrin əvvəllərində Azərbaycan dövləti ərazisində Ermənistan respublikası adında qurama qurum, əsrin sonunda isə Qarabağın dağlıq hissəsində terrorçu qruplaşma yaradılmasına müvəffəq olunmuşdur. Hay kilsəsi müsəlman-türk dünyasına qarşı dövlət səviyyəsində (və beynəlxalq miqyasda) terror üsulundan istifadə etdiyini XIX əsrin sonlarından açıq surətdə bəyan etmişdir. Nəticədə hay kilsəsi, qondarma hay birliyinin və terrorçu qrupların himayədarı kimi əsas missiyasını müəyyən edə bilmişdir.
Haylar özləri bu düşmənçiliyin tarixini 1066-cı ildən (Səlcuqların böyük yürüşündən sonra) hesablayırlar, hansı ki, o dövrdə haylar qəbilə-tayfa şəklində Bizans, İran, Hindistan, Həbəşistan, Anadolu... ərazilərinə səpələnmişdilər, hələ icma halında yeni-yeni formalaşırdılar.
Müsəlman-türk dünyasına qarşı bu düşmən münasibətin əsasını nə təşkil edir? İlk növbədə təbii-coğrafi həmsərhəd ərazi qonşuluğundan (bu qonşuluğa səbəb başqa mövzudur) savayı, öncə bu münasibətin iki əsas amilinə diqqət yetirmək vacibdir:
- hayların milli-mənəvi psixoloji durumunun (özgürlüyünün) təhlili;
-hərbi-siyasi vəziyyətin doğurduğu ictimai mühitin təhlili.
Hər iki amil ayrı-ayrılıqda və birlikdə eyni məqsədə uyarlı olduğundan, bəzi oxşar təhlillərin aparılması qaçılmazdır. Eləcə də, XIX əsrin əvvəllərində baş verən hadisələrin mahiyyətinin XX əsrin sonlarında yaranan olaylarla üzvü bağlılığı (oxşarlığı) qətiyyən təəccüb doğurmamalıdır. Qəbilə-tayfa birliyi olaraq minilliklər boyunca hayların şüurunda dəyişikliyin (müsbət və bəşəri dəyərlər anlamında) olmaması hay kilsəsinin bu istiqamətdə yürütdüyü siyasətlə sıx bağlıdır. Bu siyasət qəbilənin "var olmasının, ayaqda durmasının” müxtəlif yollarının tapılmasında, yerlərdə hakim qüvvəyə arxalanmağa şamil edildiyindən (İlahi qüvvəyə bağlılıq mərasimi hay kilsəsi üçün taktiki-vizual görüntülərdir) məskunlaşma ərazisi və mövqe dəyişikliyi baxımından təkrarlanmadadır. Eramızın başlanğıcında bu tayfa sürüsü Şərqi Afrikadan Bizansa doğru üz tutmuş (Bizans-İran dövlətləri arasındakı müharibələrdə Aralıq dənizinin ada və yarımadalarında ibtidai həyat tərzi keçirmiş, sonra casusluq və basqınçılıqla tərəflərə faydalanmaqla münasib mövqe tutmuş və hərbi işlərinə yarımışlar), daha sonra Kiçik Asiya yarımadasında, İran dağlıq yaylasında, Cənubi və Şimali Azərbaycan (hətta uzaq Hindistanda da) ərazilərində quldur dəstələri şəklində yerləşməyə müvəffəq olmuşlar. Onların idarə edilməsini (tayfa birliyi formasında) hay kilsəsi yerinə yetirmişdir. Ona görə də, əsrlər boyunca qəbilə-tayfa sürüsünün şüurunda psixoloji dəyişikliyə səbəb olan amillər kilsə təlimləri ilə formalaşmışdır. Təbii ki, kilsə də öz hakim mövqeyinin üstünlüyünü qoruyub saxlamaq, səpələnmiş toplumun cəmlənməsi naminə qonşu ərazilərin torpağını və təbii sərvətlərini ələ keçirmək məqsədi ilə həmsərhəd dövlətlərlə düşmənçilik etməlidir. İlk növbədə güc dövlətlərinin hədəfində olan ölkələrə qarşı. Bu isə müsəlman-türk dünyası kimi həm zənginliyi, həm də qonşuluğu baxımından hay kilsəsini təmin etmiş olduğundan, o cümlədən dövlətimiz və xalqımız hayların törətdiyi soyqırımı faciələrinin əsas qurbanına çevrilmişdir.
Bəs, hayların milli-mənəvi durumunun əsrlər boyu düşmən xislətindən azad olmaması nə ilə bağlıdır? Təsadüfi deyil ki, hay tayfasının həyat tərzinin, yaşam qaydalarının özəlliyində duran mənəvi-psixoloji amillərin törəməsi hay kilsəsi tərəfindən yürüdülən "həyat yolu” kimi qəbul edildiyindən, sualın cavabı o qədər də sadə deyil.
Bu amilin təhlilinə keçməzdən əvvəl bir neçə tarixi olaya diqqət yetirək. Zəngəzur bölgəsinin Mehri rayonunun Aldərə kənd sakini Həsən İbiş oğlu Məmmədov (1931) söhbət edir: "Keçən əsrin 50-ci illərinin ortalarında Sovet ordusu sıralarından tərxis edilərək doğma kəndimizə gəlmişdim. Yayda kəndimizdən 100 km uzaqlıqda Zəngəzur dağlarında Əbgas kəndi yaxınlığında yerləşən yaylağa getməli olduq, anamla. Bizim atla getdiyimiz yol bu kənddən keçdiyindən yolda bu kəndə piyada gedən bir hay qadını ilə rastlaşdıq. Anam təkidlə məni atdan düşürdü, ermənini mindirdi, o da kəndə kimi atın belində gəldi. Mən soruşanda ki, ay ana, ermənilər 1918-1920-ci illərdə Zəngəzur qəzasında 200 mindən çox dinc insanları, əsasən qocaları, qadınları, uşaqları işgəncə ilə, amansızlıqla qətlə yetiriblər, o hadisələri gözünlə görübsən, amma yenə də erməniyə yazığın gəlir, məni məcburən atdan yerə salırsan ki, erməni evinə rahat getsin, belə də iş olar? Anam cavabında "Biz Məhəmməd hümmətiyik, onlar gavur. Onlar edəni biz edə bilmərik, dinimiz buna yol vermir” dedi”.
Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında (Bakı, 1993) yazmışdır ki, Şuşa şəhərində tacir Hacı Bəylərlə Nikolay adlı erməni dostluq edirmiş. Bir-birlərinə söz veriblər ki, əgər dava olsa, bir-birimizi qoruyaq. Əvvəlcə Hacı Bəylər ermənini münaqişədə qoruyur, bir gizli yerə aparır, ara sakitləşəndən sonra hörmətlə öz evinə yola salır. Növbəti dəfə Hacı Bəylər həmin erməninin dükanında olanda, şəhərdə iğtişaş baş verir, Nikolay siyitmədən tapançanı çıxarır Hacıya tuşlayır, atdığı güllə onu yaralayır. O, qanı axa-axa qaçmağa nail olur, baxmayaraq ki, digər ermənilər də onun arxasınca iyirmi dəfəyədək atəş açırlar, güllələr ona dəymir... 1918-1920-ci illərdə Şamaxı şəhərində erməni keşişləri yerli din xadimlərini arxayın salaraq, dinc sakinləri məscidlərə toplamağı məsləhət biliblər, "Allahın evinə heç kim yaxın düşə bilməz” deyiblər. Bu arxayınlıqdan sonra Qafqazın qədim məbədində (743-cü ildə tikilmiş), Cümə məscidində toplaşmış 2000 minə qədər, şəhərin 13 məhəlləsində yerləşən 7 məscidə yığışan 3000 mindən çox dinc sakin hay kilsəsinin göstərişi əsasında T.Amiryanın və S.Lalayanın quldur dəstələri tərəfindən amansızlıqla qətlə yetirilmişlər.
Göründüyü kimi, göstərilən olaylar müxtəlif ərazilərdə və ayrı-ayrı dövrlərdə baş versə də, eyni milli-mənəvi dəyərlərin daşıyıcıları tərəfindən törədildiyindən, hay kilsəsinin dəsti-xətti qabarıqlığı ilə fərqlənir. Çünki kilsəsinin qəbilə-tayfa üzvlərinə təlqin etdikləri düşmənçilik hissi hayların həyat tərzinə çevrilmiş, onların milli-mənəvi dünyagörüşünə çevrilmişdir. Bu yöndə fəaliyyətlərini açıq müstəviyə keçirən kilsə, XX əsr ərzində aşağıdakı məqsədlərə nail olmağı soyqırımı siyasətindən ayırmamışdır:
-dini-ideoloji təlimlərin tayfa şüuruna təsirini;
-qəbilə-tayfa birliyinin (özgürlüyünün) kilsədən asılılığını;
- tayfa maraqlarının regional və beynəlxalq səviyyədə əlaqələndirilməsini;
- məskunlaşma ərazilərinin sosial-iqtisadi və ictimai mühitinin nəzarətdə saxlanılmasını;
- kilsə inhisarının təminatçısı kimi silahlı-terrorçu qrupların yaradılmasını.
Bir sıra hallarda hay kilsəsinin yürütdüyü mürtəce siyasətə uyğun cavab verilsə də, sonradan bu mövqe kəskin surətdə əks yöndə dəyişilmişdir.
1778-1779-cu illərdə II Yekatirina (1729-1796) tərəfindən Krımdan köçürülən hay icması artıq kilsənin təşəbbüsü ilə 1780-ci ildə Don çayı sahillərində Naxçıvan adlı yaşayış məntəqəsinin əsasını qoymuşlar, yeni hay kilsəsi fəaliyyətə başlamışdır. Bu amil özü, hay kilsəsinin Azərbaycan dövlətinin yer adlarına qarşı da yürütdüyü soyqırımı siyasətinin tarixini aydın göstərir.
Erməni quldur və terrorçu dəstələrinin dövlətin bütövlüyünə təhlükə törədə biləcəyini nəzərə alaraq, 1885-ci ildə çar III Aleksandar imperiya dövlət orqanlarında yüksək vəzifə tutan ermənilərin qovulması barədə fərman imzalamışdır. Həmin ildə 160 hay kilsəsi və məktəbləri bağlanmışdır.
1889-cu ildə imperiya məktəblərinin tədris proqramlarından hay tarixi və hay coğrafiyası dərslikləri çıxarılmışdır.
1902-ci ildə (1905-1907-ci illərin inqilabi hərəkatı ərəfəsində) çar Nikolay erməni kilsəsinin Rusiya imperiyası ərazisində fəaliyyətinə qadağa qoyan, əmlakının müsadirə olunması, erməni məktəblərinin bağlanması barədə fərman vermişdir. Bu fərmana səbəb hay quldur dəstəsi olan "Daşnakstyun”un irticaçı Qərb dövlətləri ilə əlaqəsi olmuşdur. 1912-ci ildə Sankt-Peterburq şəhərində "Daşnakstyun işi” məhkəmədə müzakirə edilmiş, 159 nəfər təqsirli şəxsə qarşı 850 şahid dindirilmişdir. Amma hay kilsəsinə qarşı güc dövlətləri tərəfindən bəzi hallarda təzyiqlər olsa da, nəticədə ümumi yanaşma dəyişməmişdir. Göründüyü kimi, 1918-1920-ci illərdə elə çar Rusiyasının xələfi olan Sovet Rusiyasının əli ilə Azərbaycanda qanlı soyqırımı törədilmişdir. Sonrakı dövrlər də bu kimi tarixi halların sayı az olmamışdır.
Ona görə də, hay kilsəsinin təsiri ilə formalaşmış hay mənəviyyatının müsəlman-türk dünyasına qarşı düşmənçilik mayasının təmizlənməsi o qədər də sadə olmadığı kimi, ilk növbədə, kilsənin özünün təmizlənməsindən asılıdır.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
banner

Oxşar Xəbərlər