Xalqımıza qarşı soyqırımında hay kilsəsinin rolu
1990-cı ilin 19-20 yanvar günlərində
Sovet ordusunun hayların istəyi ilə Bakı şəhərində və ayrı-ayrı bölgələrdə dinc müsəlman-türk bölümünə qarşı törətdiyi soyqırımı faciəsindən 29 il ötür.
Amma əsrlər boyu Azərbaycan dövlətinə və xalqına qarşı düşmənlərimiz tərəfindən
yürüdülən soyqırımı-qətliamlarının tarixi XIX əsrin əvvəllərindən başlamışdır. Və
Azərbaycan hüdudlarında qanlı qətliamların əsas
icraçıları sırasında (elə
sifarişçisi kimi də) hay kilsəsi həm öz qəbilə-tayfa sürülərini idarə etməklə
yanaşı, irticaçı silahlı quldur dəstələrinin
fəaliyyətini də beynəlxalq səviyyədə əlaqələndirməyi bacarmışdır. Hay kilsəsi tərəfindən ardıcıl və
çoxşaxəli davam etdirilən bu mürtəce
siyasətin nəticəsində, artıq XX əsrin əvvəllərində Azərbaycan dövləti ərazisində
Ermənistan respublikası adında qurama qurum, əsrin sonunda isə Qarabağın dağlıq
hissəsində terrorçu qruplaşma yaradılmasına müvəffəq olunmuşdur. Hay kilsəsi
müsəlman-türk dünyasına qarşı dövlət səviyyəsində (və beynəlxalq miqyasda)
terror üsulundan istifadə etdiyini XIX əsrin sonlarından açıq surətdə bəyan
etmişdir. Nəticədə hay kilsəsi,
qondarma hay birliyinin və terrorçu qrupların himayədarı kimi əsas missiyasını
müəyyən edə bilmişdir.
Haylar
özləri bu düşmənçiliyin tarixini 1066-cı ildən (Səlcuqların böyük yürüşündən
sonra) hesablayırlar, hansı ki, o dövrdə haylar qəbilə-tayfa şəklində Bizans,
İran, Hindistan, Həbəşistan, Anadolu... ərazilərinə səpələnmişdilər, hələ icma
halında yeni-yeni formalaşırdılar.
Müsəlman-türk
dünyasına qarşı bu düşmən münasibətin əsasını nə təşkil edir? İlk növbədə təbii-coğrafi
həmsərhəd ərazi qonşuluğundan (bu qonşuluğa səbəb başqa mövzudur) savayı, öncə
bu münasibətin iki əsas amilinə diqqət yetirmək vacibdir:
-
hayların milli-mənəvi psixoloji durumunun (özgürlüyünün) təhlili;
-hərbi-siyasi
vəziyyətin doğurduğu ictimai mühitin təhlili.
Hər iki
amil ayrı-ayrılıqda və birlikdə eyni məqsədə uyarlı olduğundan, bəzi oxşar təhlillərin
aparılması qaçılmazdır. Eləcə də, XIX əsrin əvvəllərində baş verən hadisələrin
mahiyyətinin XX əsrin sonlarında yaranan
olaylarla üzvü bağlılığı (oxşarlığı) qətiyyən təəccüb doğurmamalıdır. Qəbilə-tayfa
birliyi olaraq minilliklər boyunca hayların şüurunda dəyişikliyin (müsbət və bəşəri
dəyərlər anlamında) olmaması hay kilsəsinin
bu istiqamətdə yürütdüyü siyasətlə
sıx bağlıdır. Bu siyasət qəbilənin "var
olmasının, ayaqda durmasının” müxtəlif yollarının tapılmasında, yerlərdə hakim
qüvvəyə arxalanmağa şamil edildiyindən (İlahi qüvvəyə bağlılıq mərasimi hay kilsəsi üçün taktiki-vizual görüntülərdir)
məskunlaşma ərazisi və mövqe dəyişikliyi baxımından təkrarlanmadadır. Eramızın başlanğıcında bu
tayfa sürüsü Şərqi Afrikadan Bizansa doğru üz tutmuş (Bizans-İran dövlətləri
arasındakı müharibələrdə Aralıq dənizinin
ada və yarımadalarında ibtidai həyat tərzi keçirmiş, sonra casusluq və
basqınçılıqla tərəflərə faydalanmaqla münasib mövqe tutmuş və hərbi
işlərinə yarımışlar), daha sonra Kiçik Asiya yarımadasında, İran dağlıq
yaylasında, Cənubi və Şimali Azərbaycan (hətta uzaq Hindistanda da) ərazilərində
quldur dəstələri şəklində yerləşməyə müvəffəq olmuşlar. Onların idarə edilməsini (tayfa birliyi formasında) hay kilsəsi yerinə
yetirmişdir. Ona görə də, əsrlər
boyunca qəbilə-tayfa sürüsünün şüurunda
psixoloji dəyişikliyə səbəb olan amillər kilsə təlimləri ilə formalaşmışdır. Təbii
ki, kilsə də öz hakim mövqeyinin üstünlüyünü qoruyub saxlamaq, səpələnmiş toplumun cəmlənməsi naminə qonşu ərazilərin torpağını və təbii sərvətlərini
ələ keçirmək məqsədi ilə həmsərhəd dövlətlərlə düşmənçilik etməlidir. İlk növbədə
güc dövlətlərinin hədəfində olan ölkələrə qarşı. Bu isə müsəlman-türk dünyası
kimi həm zənginliyi, həm də qonşuluğu baxımından hay kilsəsini təmin etmiş olduğundan, o cümlədən
dövlətimiz və xalqımız hayların törətdiyi soyqırımı faciələrinin əsas qurbanına
çevrilmişdir.
Bəs,
hayların milli-mənəvi durumunun əsrlər boyu düşmən xislətindən azad olmaması nə
ilə bağlıdır? Təsadüfi deyil ki, hay
tayfasının həyat tərzinin, yaşam
qaydalarının özəlliyində duran mənəvi-psixoloji amillərin törəməsi hay kilsəsi
tərəfindən yürüdülən "həyat yolu”
kimi qəbul edildiyindən, sualın cavabı
o qədər də sadə deyil.
Bu amilin təhlilinə keçməzdən əvvəl bir neçə tarixi
olaya diqqət yetirək. Zəngəzur bölgəsinin Mehri rayonunun Aldərə kənd sakini Həsən İbiş oğlu
Məmmədov (1931) söhbət edir: "Keçən
əsrin 50-ci illərinin ortalarında Sovet
ordusu sıralarından tərxis edilərək doğma kəndimizə gəlmişdim. Yayda kəndimizdən 100 km uzaqlıqda Zəngəzur
dağlarında Əbgas kəndi yaxınlığında yerləşən yaylağa getməli olduq, anamla.
Bizim atla getdiyimiz yol bu kənddən keçdiyindən yolda bu kəndə piyada gedən
bir hay qadını ilə rastlaşdıq. Anam təkidlə məni atdan düşürdü, ermənini
mindirdi, o da kəndə kimi atın belində gəldi.
Mən soruşanda ki, ay ana, ermənilər 1918-1920-ci illərdə Zəngəzur qəzasında 200
mindən çox dinc insanları, əsasən qocaları, qadınları, uşaqları işgəncə ilə,
amansızlıqla qətlə yetiriblər, o hadisələri gözünlə görübsən, amma yenə də erməniyə
yazığın gəlir, məni məcburən atdan yerə salırsan ki, erməni evinə rahat getsin,
belə də iş olar? Anam cavabında "Biz Məhəmməd
hümmətiyik, onlar gavur. Onlar edəni biz edə bilmərik, dinimiz buna yol vermir”
dedi”.
Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman
davası” kitabında (Bakı, 1993) yazmışdır ki, Şuşa şəhərində tacir Hacı Bəylərlə
Nikolay adlı erməni dostluq edirmiş. Bir-birlərinə söz veriblər ki, əgər dava
olsa, bir-birimizi qoruyaq. Əvvəlcə Hacı Bəylər ermənini münaqişədə qoruyur,
bir gizli yerə aparır, ara sakitləşəndən sonra hörmətlə öz evinə yola salır.
Növbəti dəfə Hacı Bəylər həmin erməninin dükanında olanda, şəhərdə iğtişaş baş
verir, Nikolay siyitmədən tapançanı çıxarır Hacıya tuşlayır, atdığı güllə onu
yaralayır. O, qanı axa-axa qaçmağa nail olur, baxmayaraq ki, digər ermənilər də
onun arxasınca iyirmi dəfəyədək atəş açırlar, güllələr ona dəymir...
1918-1920-ci illərdə Şamaxı şəhərində erməni keşişləri yerli din xadimlərini
arxayın salaraq, dinc sakinləri məscidlərə toplamağı məsləhət biliblər, "Allahın
evinə heç kim yaxın düşə bilməz” deyiblər. Bu arxayınlıqdan sonra Qafqazın qədim məbədində
(743-cü ildə tikilmiş), Cümə məscidində toplaşmış 2000 minə qədər, şəhərin 13 məhəlləsində
yerləşən 7 məscidə yığışan 3000 mindən çox dinc sakin hay kilsəsinin göstərişi əsasında T.Amiryanın və S.Lalayanın quldur dəstələri
tərəfindən amansızlıqla qətlə yetirilmişlər.
Göründüyü
kimi, göstərilən olaylar müxtəlif ərazilərdə və ayrı-ayrı dövrlərdə baş versə də,
eyni milli-mənəvi dəyərlərin daşıyıcıları tərəfindən törədildiyindən, hay kilsəsinin dəsti-xətti
qabarıqlığı ilə fərqlənir. Çünki kilsəsinin
qəbilə-tayfa üzvlərinə təlqin etdikləri düşmənçilik hissi hayların həyat tərzinə
çevrilmiş, onların milli-mənəvi dünyagörüşünə çevrilmişdir. Bu yöndə fəaliyyətlərini açıq müstəviyə keçirən kilsə, XX əsr ərzində aşağıdakı
məqsədlərə nail olmağı soyqırımı siyasətindən ayırmamışdır:
-dini-ideoloji təlimlərin tayfa şüuruna təsirini;
-qəbilə-tayfa
birliyinin (özgürlüyünün) kilsədən asılılığını;
- tayfa
maraqlarının regional və beynəlxalq səviyyədə əlaqələndirilməsini;
- məskunlaşma
ərazilərinin sosial-iqtisadi və ictimai mühitinin nəzarətdə saxlanılmasını;
- kilsə
inhisarının təminatçısı kimi silahlı-terrorçu qrupların yaradılmasını.
Bir sıra
hallarda hay kilsəsinin yürütdüyü mürtəce siyasətə uyğun cavab verilsə də,
sonradan bu mövqe kəskin surətdə əks yöndə dəyişilmişdir.
1778-1779-cu illərdə II Yekatirina (1729-1796) tərəfindən Krımdan köçürülən hay icması artıq kilsənin təşəbbüsü ilə
1780-ci ildə Don çayı sahillərində Naxçıvan adlı yaşayış məntəqəsinin əsasını
qoymuşlar, yeni hay kilsəsi fəaliyyətə başlamışdır. Bu amil özü, hay kilsəsinin
Azərbaycan dövlətinin yer adlarına qarşı da yürütdüyü soyqırımı siyasətinin tarixini aydın göstərir.
Erməni
quldur və terrorçu dəstələrinin dövlətin bütövlüyünə təhlükə törədə biləcəyini
nəzərə alaraq, 1885-ci ildə çar III Aleksandar imperiya dövlət orqanlarında
yüksək vəzifə tutan ermənilərin qovulması barədə fərman imzalamışdır. Həmin ildə
160 hay kilsəsi və məktəbləri bağlanmışdır.
1889-cu
ildə imperiya məktəblərinin tədris
proqramlarından hay tarixi və hay coğrafiyası dərslikləri çıxarılmışdır.
1902-ci
ildə (1905-1907-ci illərin inqilabi hərəkatı
ərəfəsində) çar Nikolay erməni kilsəsinin Rusiya imperiyası ərazisində fəaliyyətinə
qadağa qoyan, əmlakının müsadirə olunması, erməni məktəblərinin bağlanması barədə
fərman vermişdir. Bu fərmana səbəb hay quldur dəstəsi olan "Daşnakstyun”un irticaçı Qərb dövlətləri ilə əlaqəsi
olmuşdur. 1912-ci ildə Sankt-Peterburq şəhərində "Daşnakstyun işi” məhkəmədə
müzakirə edilmiş, 159 nəfər təqsirli şəxsə qarşı 850 şahid dindirilmişdir. Amma
hay kilsəsinə qarşı güc dövlətləri tərəfindən bəzi hallarda təzyiqlər olsa da,
nəticədə ümumi yanaşma dəyişməmişdir. Göründüyü kimi, 1918-1920-ci illərdə elə
çar Rusiyasının xələfi olan Sovet
Rusiyasının əli ilə Azərbaycanda qanlı soyqırımı törədilmişdir. Sonrakı dövrlər
də bu kimi tarixi halların sayı az
olmamışdır.
Ona görə
də, hay kilsəsinin təsiri ilə
formalaşmış hay mənəviyyatının müsəlman-türk dünyasına qarşı düşmənçilik mayasının təmizlənməsi o qədər də sadə
olmadığı kimi, ilk növbədə, kilsənin özünün təmizlənməsindən asılıdır.
Qismət Yunusoğlu,
Bakı
Dövlət Universitetinin müəllimi