AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Xalqımız xoşbəxtdir ki, rəsmi dilimiz Azərbaycan dilidir"

Cəmiyyət
22 Fevral 2020, 16:30 617
"Biz çox xoşbəxt xalqıq ki, müstəqil dövlətimiz var və həmin dövlətin rəsmi dövlət dili Azərbaycan dilidir. Hər halqa bu xoşbəxtlik müyəssər olmur". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə danışarkən deyib.
O bildirib ki, Mətbuat Şurası ana dili ilə bağlı məsələlərə ümumiyyətlə dil ilə bağlı məsələlərə həmişə önəm verib: "Mətbuat Şurası hər il kütləvi informasiya vasitələrində dil prinsiplərinə əməl edilib-edilməməsi ilə bağlı monitorinq keçirir. Dil məsələsi hər bir xalqın inkişafında çox mühüm rol oynayır. Düşünün ki, dünyada müxtəlif dillərdə danışan millətlər, xalqlar var. Hətta elə xalqlar var ki, onların sayı milyonlarla olsa da həmin xalqlar öz ana dilində danışmırlar və hətta elə ölkələr var ki, orada xalqın dövlət dili həmin xalqın ana dili deyil. Ona görə də dil bir xalq üçün ən vacib atributlardan biridir.
Azərbaycan dili türk dilləri ailəsinin ən qədim dillərindən biridir. Uzun müddət Azərbaycan dilinin rəsmi dil olması ilə bağlı uzun illər mübarizə aparılıb. Bu özünü Azərbaycan yazıçılarının əsərlərində və yaradıcılığında da biruzə verib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan dili dövlət dili satatusunu qazanıb. Azərbaycan idealları həmişə Azərbaycan dilinin rəsmi dil olması uğrunda mübarizə aparıblar. Nəhayət 1978-ci il Konstitusiyasında ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dövlət dili elan olundu.
Azərbaycan dövləti dilin inkişafı ilə bağlı 20-dən çox ayrı-ayrı normativ aktlar qəbul edib. Dilin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunub. Həmçinin bura zərbaycan dilinin saflığının qorunub saxlanılması da aiddir.
Mən deyərdim ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil dövləti var və həmin dövlətin rəsmi dövlət dili Azərbaycan dilidir. Hər halqa bu xoşbəxtlik müyəssər olmur".
Əflatun Amaşov dilimizə başqa dillərdən keçən "parazit sözlər"in dilə təsirinə də toxunub: "Biz bununla bağlı monitorinqlər aparırıq. Dil elədir ki, həmişə inkişafdadır. Başqa xalqların sözlərini qəbul edə bilər əgər həmin sözlər vətəndaşlıq hüququ qazanırsa dildə qalır. Lakin bəzən dilə həmin öz strukturunda söz olduğu halda ona sinonim kənar sözlər də daxil olur. Bunlar narahat edici məqamlardır. Belə sözlər çox təəssüf ki, dilin qrammatik mənada dəyişməsinə yol verir. Bunların qarşısını almağa çalışırıq".