• çərşənbə, 17 Aprel, 02:44
  • Baku Bakı 14°C

Xalqı zəhərləyən məhsullar məhv edildi

20.12.13 18:47 1519
Xalqı zəhərləyən məhsullar məhv edildi
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar edilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nərimanov, Nəsimi, Xətai rayonlarında, Sumqayıt, Gəncə, Salyan, Ağcabədi, Quba, Şabran, Ağsu şəhərlərində, Abşeron, Gədəbəy, Şəmkir, Tovuz, Masallı rayonlarında aparılan yoxlamalar zamanı 400 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
banner

Oxşar Xəbərlər