• şənbə, 20 Aprel, 20:16
  • Baku Bakı 24°C

Xalq yazıçısı Elçinin “Baş” romanı Misirdə nəşr olunub

16.05.18 10:55 800
Xalq yazıçısı Elçinin “Baş” romanı Misirdə nəşr olunub
Xalq yazıçısıElçin Əfəndiyevin "Baş” romanı Misirdə işıq üzü görüb.
Nəşr Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələri çərçivəsində ərsəyə gəlib.
Mərkəzdən APA-ya verilən məlumata görə, Misirin "Ən-Ədəb” nəşriyyatında nəşr olunmuş kitabı orijinaldan ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydi tərcümə edib.
banner

Oxşar Xəbərlər