• çərşənbə axşamı, 23 aprel, 12:50
  • Baku Bakı 24°C

Xalq şairinin həyat yoldaşı mətbuatdan gileyləndi

18.11.14 10:19 1082
Xalq şairinin həyat yoldaşı mətbuatdan gileyləndi
Bu barədə Xalq şairinin həyat yoldaşı Nüşabə Vəkilova açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda şairin müalicəsi Bakıda davam etdirilir.
“Mətbuatda informasiyalar yayılır ki, Vaqif Səmədoğlunun vəziyyəti ağırlaşıb. Yaxşıdır ki, özü bu barədə oxumayıb. Axı belə yazmaq olmaz. O, Milli Onkologiya Mərkəzində vaxtaşırı müalicə alır. Bu gün də xəstəxanaya gedəcəyik. Hazırda ayaqlarında problemlər var. Vaqif müəllimin ağrıları olmayanda əhvalı da yaxşı olur, kitab oxuyur”, - deyə Nüşabə Vəkilova bildirib.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Səmədoğlunun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xalq şairi onkoloji xəstəlikdən əziyyət çəkir./anspress.com/
banner

Oxşar Xəbərlər