Xalq şairi Söhrab Tahir vəfat etdi
Xalq şairi Söhrab Tahir vəfat edib.
Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, xalq şairi bu gün sahərə yaxın evində dünyasını dəyişib.
Vida mərasiminin harada keçiriləcəyi və şairin harada dəfn olunacağı hələlik məlum deyil.
Qeyd edək ki, uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən şairin hər iki ayağı amputasiya olunmuşdu.