AZE | RUS | ENG |

Xalq şairi Məmməd Arazın xatirəsi yad olunacaq

Xalq şairi Məmməd Arazın xatirəsi yad olunacaq
Noyabrın 6-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Məmməd Arazın xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Filarmoniya və "Mədəniyyət” kanalının birgə layihəsi əsasında reallaşacaq tədbirdə unudulmaz şairin həyat və yaradıcılığından danışılacaq, ədəbiyyatımızın inkişafındakı xidmətləri vurğulanacaq. Gecədə dirijor Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək.
Qeyd edək ki, "Sevgi nəğməsi”, "Üç oğul atası”, "Araz axır”, "Mən səni taparam”, "Dünya düzəlmir”, "Daş harayı”, "Əsgər andı”, "Atamın kitabı” kimi bir sıra əsərlərin müəllifi olan Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. O, "Ulduz” jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifələrində çalışıb. 1974-cü ildən ömrünün sonunadək "Azərbaycan təbiəti” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.
Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə "İstiqlal” ordeninə və Xalq şairi fəxri adına layiq görülən Məmməd Araz 2004-cü ildə Bakıda vəfat edib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311