• çərşənbə axşamı, 19 mart, 07:00
  • Baku Bakı 8°C

“Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”

19.04.18 15:10 1008
“Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”
"11 aprel 2018-ci ildə keçirilmiş seçkilərdə prezidentİlham Əliyevin əldə etdiyi qələbə bütövlükdə Azərbaycan xalqının, müstəqil Azərbaycan dövlətinin və bu dövlətin qurucu lideri, ulu öndər Heydər Əliyevin ideyalarının və siyasətinin qələbəsidir”.
Bunu APA-ya açıqlamasında prezidentİlham Əliyevin andiçmə mərasimindəki çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu deyib.
H. Babaoğlu qeyd edib ki, 11 aprel seçkilərindəİlham Əliyevtəkcə prezidentliyə digər namizədlərlə demokratik rəqabətdə qalib olmadı: "Bu qələbə əslində yaşadığımız mürəkkəb tarixi mərhələdə milli dövlətləri dağıdan, dünyada lidersizləşdirmə və dövlətsizləşdirmə siyasəti aparan qlobal imperializm üzərində əldə edilən qələbə kimi tarixə düşdü. Bu tarixi zəfər antiazərbaycançı və islamofob mərkəzlərə qarşı Azərbaycan xalqının layiqli cavabı olmaqla məhzİlham Əliyevin rəhbərliyi altında bu dağıdıcı güc mərkəzlərinə qalib gəlməyin mümkün olmasına inamın ifadəsi idi. Xalqımızın bu şüurlu seçimi eyni zamanda hələ 2003-cü ildə prezidentİlham Əliyevtərəfindən "neft kapitalını intellektual kapitala çevirəcəyik” tezisinizin 15 il sonra təntənə etməsi idi. Azərbaycan xalqı, Azərbaycan gəncliyi bu gün müstəqil dövlətimizi ziddiyyətli və xaotik beynəlxalq münasibətlər şəraitində yalnız prezidentİlham Əliyevin irəli apara biləcəyinə inanır. İnauqurasiya mərasimində prezident Azərbaycan xalqının 15 ildə ölkəmizdə görülən işlərə, sabitliyə, təhlükəsizliyə və inkişafa səs verdiyini deyərkən bu ümummilli zəfərin əsasında xalq-iqtidar birliyinin durmasını əsas faktor kimi göstərdi. Bu, olduqca vacib məslədir. Xalq-iqtidar birliyini təmin edən sosioloji düstur isə prezidentİlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, hakimiyyətin həyata keçirdiyi siyasət, bu siyasətin əsasında vətəndaşların rifahının və milli maraqların dayanmasıdır. Bu birlik önümüzdəki mürəkkəb tarixi mərhələdə də Azərbaycanın müstəqil yaşamasını və inkişaf etməsini təmin edəcək”.
banner

Oxşar Xəbərlər