• çərşənbə, 24 Aprel, 09:02
  • Baku Bakı 13°C

Xalq artistinin ayaqları tutulub

03.11.14 17:51 1086
Xalq artistinin ayaqları tutulub
“Qıçlarım tutulub, indi də yeriyə bilmirəm. Həyat mənimçün getdikcə daha da çətinləşir, vəziyyətim daha da pisləşir”. Bunu aznews.az-a açıqlamasında xalq artisti Nuriyyə Əhmədova bildirib.
Onun sözlərinə görə, səhhətindəki bu durum bir müddət əvvəl başlayıb: “Oğlumun faciəsini qaldıra bilmədim. Birdən-birə ayaqlarım da sözümə baxmamağa başladı. Bir-birinin ardınca olan faciələr insana şok anlar yaşadır. Hərdən düşünürəm ki, mən bu faciələri necə qaldıra bildim? Görünür, qaldırmamışam”.
“Bəs ayaqlarınızda olan problemlə bağlı həkimə müraciət etmək fikiriniz yoxdur” sualına xalq artistinin cavabı belə oldu: “Yox, hələ müraciət etməmişəm. Fikirləşirəm, amma ürəyim gəlmir”.
Qeyd edək ki, bir müddət öncə xalq artistinin oğlu qəfildən vəfat edib.
banner

Oxşar Xəbərlər