• çərşənbə axşamı, 23 aprel, 16:59
  • Baku Bakı 24°C

Xalq artistimiz 5-6 dəfə kimyaterapiya qəbul edəcək

27.01.14 11:46 1234
Xalq artistimiz 5-6 dəfə kimyaterapiya qəbul edəcək
Bunu APA-ya açıqlamasında Türkiyədə əməliyyat olunan məşhur diktor, xalq artisti Rafiq Hüseynov deyib. O, hazırda səhhəti ilə bağlı narahatlığının olmadığını da bildirib: “Özümü normal hiss edirəm. Səsim hələ tam düzəlməyib, amma tədricən bu problem də həll olunacaq. Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovla görüşdüm, müayinə etdi və məsləhət oldu ki, ilk kimyaterapiyanı fevralın əvvəlində qəbul edim”.
Rafiq Hüseynov əlavə edib ki, bir neçə dəfə kimyaterapiya alacaq: “Təxminən üç-dörd gün Türkiyədə qalacam, müayinə olunandan sonra Bakıya qayıdacağam. Amma kimyaterapiya proseduru beş-altı dəfə olacaq. Hər müayinə vaxtının müddətini türkiyəli həkimlər müəyyən edəcəklər”.
Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.
banner

Oxşar Xəbərlər