• cümə, 29 Mart, 09:16
  • Baku Bakı 5°C

Xalq artisti Tariel Qasımovun 80 illik yubileyi qeyd ediləcək

15.03.19 15:15 682
Xalq artisti Tariel Qasımovun 80 illik yubileyi qeyd ediləcək
Martın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Tariel Qasımovun 80 illik yubiley gecəsi keçiriləcək.
TeatrdanAZƏRTAC-a bildirilib ki, yubiley tədbirində aktyorun keçdiyi ömür və sənət yoluna nəzər salınacaq. Yaradıcılıq fəaliyyətinin böyük bir hissəsi Gənc Tamaşaçılar Teatrına aid olan sənətkarın bu teatr səhnəsində canlandırdığı unudulmaz qəhrəmanlardan söz açılacaq.
Qeyd edək ki, 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində doğulan Tariel Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr institutunun "Dram və kino aktyorluğu” fakültəsini bitirib. Əvvəllər Akademik Milli Dram teatrında aktyor işləyib. 1964-cü ildən (müəyyən fasilə ilə) Gənc Tamaşaçılar Teatrında çalışıb. Bir neçə tamaşanın quruluşçu rejissorudur. 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1991-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
2018-ci il dekabrın 10-da Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə 3-cü dərəcəli "Əmək ordeni” ilə təltif olunub.
banner

Oxşar Xəbərlər